Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


naturfəlsəfə problemləri üzərində



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə122/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

naturfəlsəfə problemləri üzərində 
cəmləşdirmişdir
. Onun fikrincə naturfəlsəfənin vəzifəsi təbiətin 
inkişafının ardıcıl mərhələlərini (aşağı formadan yuxarı formalara doğru) 
açmaqdır. Şellinq təbiətin inkişafının müxtəlif səviyyələri (mexaniki, 
kimyəvi, bioloji) ilə insan şüurunun inkişaf pillələri arasında mövcud olan 
paralellizmi aşkar etməyə cəhd göstərmişdir. 
Fixtenin subyekti, «mütləq Mən»i tədqiq edərkən kəşf etdiyi inkişaf 
qanunauyğunluqlarını Şellinq təbiət sahəsinə köçürərək
təbiət prosesləri 
və formalarının inkişafının dialektik nəzəriyyəsini yaratmışdır
. XVIII 
əsrin II yarısında fizika, kimya, biologiya və xüsusilə də elektrik sahəsində 
(Kulon qanunu) yeni kəşflər onun tə‟liminə təkan verdi. Bu kəşflərə 
əsaslanaraq Şellinq təbiətşünaslıqda mexanisizmi tənqid etmiş, bütün 
təbiəti, həyatı, onun əsasında duran məqsədəuyğunluq prinsipi ilə izah 
etməyin mümkün olduğunu göstərmişdir. O bütün qeyri- üzvi prosesləri 
orqanizmin inkişafının müqəddəm şərtləri kimi anlamağa cəhd etmişdir. 
Şellinqin naturfəlsəfəsində dünya qəlbi haqqında neoplatonçu ideya bərpa 
olunur. Lakin Şellinq neoplatonizmdən fərqli olaraq dinamik baxışı inkişaf 
etdirir, təbiətin mahiyyətini maqnit kimi götürülən iki qütbləşmiş qüvvənin 
mübarizəsi kimi anlayırdı. 
Klassik alman fəlsəfəsi Hegelin simasında öz zirvəsinə çatır. 
He-
gel (1770- 1831) intellektual intuisiyanın fəlsəfi biliyin ən yüksək forması 
olduğu haqqında Şellinqin tə‟limini qəbul etməmişdir. O əksinə sübut 
etməyə çalışmışdır ki, vahiddən 
çoxluğun yaranması rasional idrakın 
predmeti ola bilər.
Bu idrakın instrumenti 
məntiqi təfəkkür, əsas 
forması 
isə 
anlayışdır.
Lakin Hegel göstərirdi 
ki, bu xüsusi növ məntiqi 
idrakdır. Onun əsasında formal məntiq deyil, dialektik məntiq durur. 
Hərəkətverici qüvvəsini isə ziddiyyət təşkil edir. Hegel qeyri- ziddiyyətlik 
haqqında Aristotelin qanununu rədd etdi. O anlayışların təbiətinə yenidən 
nəzər salmağı tələb edərək göstərirdi ki, indiyə qədər anlayışları subyektiv 
hesab edirdilər. Əslində isə gerçəklikdə mütləq anlayış subyekt və obyektin 
eyniyyətidir.
Göründüyü 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin