Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə121/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

predmetə praktiki- yaradıcı 
münasibət ona nəzəri- seyrçi münasibətin əsasını təşkil edir

Biz yuxarıda gördük ki, Kantın transendental subyekt anlayışı nə 
fərdi insan subyekti, nə də ən‟ənəvi rasionalizmin ilahi əqli ilə uyğun 
gəlmir. Fixte tə‟liminin çıxış nöqtəsi olan «Mən» anlayışı da belə 
mürəkkəb xarakter daşıyır. Bir tərəfdən Fixte hər bir insanın öz refleksiya 
aktında aşkar etdiyi «Mən»i və deməli «fərdi və ya empirik» «Mən»i 
nəzərdə tutur. Digər tərəfdən isə bu anlayış altında bizim şüurumuza heç 
vaxt tam müyəssər olmayan mütləq reallıq başa düşülür. Həmin reallıq 
özünüinkişaf- özünüaşkar etmə yolu ilə bütün universumu yaradır. Fixteyə 
görə bu mütləq reallıq ilahi, «mütləq Mən»dir.
Fərdi və «mütləq Mən» Fixtedə bə‟zən uyğun gəlir və üst- üstə 
düşür. Bə‟zən də onlar bir- birindən ayrılır və fərqlənir. Bu uyğun gəlmə- 
ayrılma, Fixte dialektikasının, onun sisteminin hərəkətverici prinsipini 
təşkil edir. Mənlik şüuru («Mən varam») ilə birlikdə onun əksi olan «Mən 
deyiləm» də nəzərdə tutulur. Bu iki ziddiyyətin bir «Məndə» yanaşı 
mövcudluğu Fixteyə görə yalnız onların biri digərini məhdudlaşdırması, 
yə‟ni qarşılıqlı surətdə biri digərini qismən məhv etməsi yolu ilə 
mümkündür. Bütün dialektik prosesin məqsədi elə bir nöqtəyə çatmaqdır 
ki, burada fərdi və mütləq «Mən» arasındakı ziddiyyət həll olunsun və bu 
əksliklər üst- üstə düşsün. Lakin bu idealdır və onun əldə edilməsi qeyri- 
mümkündür. Bütün bəşər tarixi yalnız sonsuz surətdə ona yaxınlaşmaq 
deməkdir. Fixte tə‟liminin bu məqamı- əksliklərin eyniyyətinin əldə edilə 


100 
bilməsi, 
ondan sonra gələn Şellinq və Hegel tərəfindən tənqid 
edilmişdir. 
Subyekt ilə obyekt arasındakı əksliklərin eyniləşdirilməsini 
Şellinq 
(1775- 1854) 
də öz tə‟liminin çıxış nöqtəsi kimi götürür. Bu zaman o Fix-
tenin subyektə və onun fəaliyyətinə münasibətdə işləyib hazırladığı inkişaf 
prinsipini həm də təbiətin təhlilinə tətbiq edir. Şellinq yaradıcılığının ilk 
dövründə özünün əsas diqqətini 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin