101
Beləliklə Hegeldə məntiq dialektika ilə üst- üstə düşür. Dialektika isə
əsasını əksliklərin vəhdəti və mübarizəsi təşkil
edən inkişaf nəzəriyyəsi
kimi başa düşülür. «Xalis anlayışın» inkişaf dialektikası həm təbiətin, həm
də insan təfəkkürünün ümumi inkişaf qanununu təşkil edir. Kantdan fərqli
olaraq Hegel təbiəti və ruh sferasını (azadlığı) eyni başlanğıcın- substan-
siya- subyektin müxtəlif inkişaf pillələri hesab edirdi.
Hegelə görə hər cür inkişaf müəyyən sxem üzrə baş verir: iqrar,
təsdiqetmə və ya nəzərdə tutma (tezis); bu iqrarın inkar edilməsi (antitezis)
və nəhayət inkarı inkar, əksliklərinin bərtərəf edilməsi (sintez).
Sintez
mərhələsində tezis ilə antitezis sanki öz aralarında barışır, onlardan yeni
keyfiyyət halı yaranır.
Lakin bu o demək deyildir ki, üçüncü momentdə
əvvəlki iki pillə tam məhv edilir. Hegelin bərtərəf etmə anlayışı
tezis və
antitezisin aradan qaldırılmasını nə dərəcədə ifadə edirsə,
eyni dərəcədə
də onların saxlanılmasını göstərir
. Lakin bu bir qədər yüksək səviyyədə
saxlanılmadır. Hegel bu dialektikaya misal olaraq aşağıdakını göstərir:
«Qönçə açılanda tumurcuq yox olur və demək olar ki, o qönçə tərəfindən
inkar olunur, eynilə də meyvə yaranarkən qönçənin bitkinin yalançı varlığı
olduğu görünür. Həmin bitkinin həqiqiliyi kimi qönçənin yerinə meyvə
gəlir. Bu formalar nəinki öz aralarında
fərqlənir, həm də bir- birini
sıxışdırır. Lakin onların dəyişilən təbiəti onları eyni zamanda üzvi vəhdətin
momentlərinə çevirir. Bu vəhdət daxilində onlar nəinki bir- birinə zidd ol-
mur, hətta biri digəri üçün zəruri olur. Məhz hər iki tərəf üçün bu bərabər
zərurət bütövün həyatı deməkdir".
1
Hegelin dialektikasının əsasında
belə bir təsəvvür durur ki, təbiət,
cəmiyyət və təfəkkürdə hər cür inkişafın mənbəyi anlayışın
özinkişafındadır. Onun fikrincə həqiqət yalnız anlayışda öz mövcudluğunu
əldə edir. Buna görə də
Dostları ilə paylaş: