Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə126/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ruh və bədənin vəhdəti olan 
insan dururdu
. Feyerbax insana hər şeydən əvvəl mə‟nəvi mövcudluq 
kimi baxan idealizmi rədd edirdi. Onun fikrincə bütövlükdə götürülən 
bədən məhz insan «Mən»inin mahiyyətini ifadə edir, Insanda ruhi tərəfi 
cismani tərəfdən ayırmaq olmaz, ruh və bədən orqanizm adlanan reallığın 
iki tərəfidir. Beləliklə Feyerbax insan təbiətini əsasən bioloji tərzdə izah 
edirdi. Onun fikrincə ayrıca fərd Hegeldə olduğu kimi tarixi -mə‟nəvi 
mövcudluq deyil, insan növünün inkişafının bir momentidir. O insanın ic-
timai mahiyyətini və sosial- tarixi rolunu görə bilmirdi. Feyerbax idrak 
nəzəriyyəsində sensualist kimi çıxış edərək göstərirdi ki, duyğular 
idrakımızın yeganə mənbəyini təşkil edir.
Idrak nəzəriyyəsində Feyerbaxın antropoloji prinsipi həm də bunda 
ifadə olunurdu 
ki, o «obyekt» anlayışının özünü yeni tərzdə izah edirdi

Onun fiikrincə obyekt anlayışı ilk dəfə insan ünsiyyəti təcrübəsində 
formalaşmışdır və buna görə də hər bir insan üçün birinci obyekt-başqa 
insan, «Sən» -dir. Məhz başqa insana sevgi onun obyektiv mövcudluğunu 
qəbul etməyin və beləliklə də ümumiyyətlə xarici şeylərin mövcudluğunu 
qəbul etməyin yoludur.
Qeyd olunmalıdır ki, Feyerbaxın antropoloji materializmi idealizmə, 
xüsusən də ümuminin təkcə üzərində hökmranlığını son həddə yüksəldən 
Hegel təliminə cavab olaraq yaranmışdır. Feyerbax insanda məhz təbii- 


104 
bioloji tərəfi müdafiə edirdi (Kantdan sonrakı alman idealizmi məhz bu 
tərəfi daha çox nəzərdən qaçırırdı).
Bütövlükdə klassik alman fəlsəfəsi 
dünya fəlsəfi fikrində 
müstəsna yer tutur
. Hər şeydən əvvəl, ilk dəfə bu fəlsəfə Avropa və 
dünya mədəniyyətinə 
geniş və universal təfəkkür stili 
bəxş etdi. Onun 
nümayəndələri göstərdilər ki, elm biliyin çox mühüm sahəsi olsa da, 
yeganə sahəsi deyildir. Biliklər həm də dil, fəlsəfə, incəsənət və sair forma-
larda mövcud ola bilir. Digər tərəfdən klassik alman fəlsəfəsi əvvəlki 
dövrlərin son səviyyədən olan mütləq həqiqət haqqında təsəvvürlərini ara-
dan qaldırdı. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin