105
VIII FƏSIL
MARKSIZM FƏLSƏFƏSI
XIX əsrin 40- cı illərində marksizm fəlsəfəsi meydana gəldi. Onun
baniləri K.Marks və F.Engels olmuşlar. XIX əsrin II yarısından e‟tibarən
və XX əsrin demək olar ki, 90 ili ərzində o ən nüfuzlu
fəlsəfi cərəyanlardan
biri olmuşdur. Marksist fəlsəfə özündən əvvəlki elmi,
fəlsəfi və ictimai
siyasi fikrin tə‟siri altında formalaşmışdır. Onun yaranmasının ilkin şərtləri
klassik alman fəlsəfəsi, ingilis siyasi iqtisadi və fransız tənqidi utopik so-
sializmi olmuşdur.
Marksizm tə‟limində hər şeydən əvvəl klassik alman fəlsəfəsinə
(xüsusən də Hegelin dialektikasına və Feyerbaxın materializminə)
münasibət bildirilir. Onların bir sıra əsərlərində (Marksın «Hegelin hüquq
fəlsəfəsinin tənqidi», «Feyerbax haqqında tezislər», «Kapital» əsərlərində,
Engelsin «Təbiətin dialektikası», «Anti Dürinq», «Lüdviq
Feyerbax və
klassik alman fəlsəfəsinin sonu» əsərlərində, habelə onların
birgə
yazdıqları «Müqəddəs ailə» və «Alman ideologiyası» və sair əsərlərdə) bu
münasibət ifadə olunmuşdur. Marks və Engels Hegelin dialektikasını çox
yüksək qiymətləndirirdilər.
Dostları ilə paylaş: