Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Göstərirdilər ki, bu dialektika obyektiv



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə128/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Göstərirdilər ki, bu dialektika obyektiv 
dünya, onun dərk olunması və insan təfəkkürünün inkişafı haqqında 
tə‟limdir. 
Dialektika qəti, mütləq, dəyişməz dünya haqqında köhnə 
təsəvvürlərə son qoydu. Marksizm Hegelin dialektikasının nəzəriyyə və 
metod kimi böyük əhəmiyyət kəsb etdiyini qeyd edirdi. Lakin o eynilə də 
göstərdi ki, Hegelin idealist sistemi bu dialektikanın tam dolğun təzahür 
etməsinə mane olur. Belə ki, bu sistem dünyanın inkişafını və bütövlükdə 
ictimai- tarixi prosesi mütləq ideyanın özinkişafının pillələri hesab edir. Ən 
əsası da odur ki, həmin sistem bəşəriyyətin tarixi inkişafının XIX əsr Pru-
siya monarxiyası ilə başa çatdığını iddia edirdi. 
Marksizm fəlsəfəsi həm də Feyerbaxın tə‟liminə öz tənqidi 
münasibətini ifadə etmişdir. Marks və Engels Hegelin idealizmini tənqid 
etdikləri kimi, Feyerbaxın materializmini də bəyənmirdilər. Onu antropolo-
ji materializm kimi səciyyələndirirdilər. Digər tərəfdən onlar Feyerbaxı 
metafizik metoda tərəfdar çıxmaqda, dialektik metodu başa düşməməkdə 
günahlandırırdılar. Nəhayət, Marks və Engels Feyerbax fəlsəfəsinin seyrçi, 
passiv xarakteri ilə barışmırdılar. Söhbət həmin fəlsəfə tərəfindən təbiət və 
cəmiyyət hadisələrinin dərk olunmasında və izahında 
insanların praktiki 
fəaliyyətinin rolunu anlamamaqdan gedir
. Daha dəqiq desək marksizm, 
fəlsəfənin mahiyyətini təkcə seyr etmədə və müşahidədə görmürdü. Onun 
fikrincə fəlsəfə insanlar tərəfindən gerçəkliyi öz tələbatları və mənafelərinə 
uyğun şəkildə dəyişdirməyin nəzəri əsasıdır. Ətraf aləmin praktiki 
fəaliyyətə cəlb olunmuş predmetləri insanlar tərəfindən təkcə seyr olun-


106 
mur, həm də dəyişdirilir. Bu prosesdə həmin predmetlərin yeni- yeni 
xassələri aşkara çıxarılır və dərk olunur. Beləliklə, marksist fəlsəfədə 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin