108
IX FƏSIL
AZƏRBAYCANDA MAARIFÇILIK FƏLSƏFƏSI
1. Azərbaycanda maarifçiliyin yaranması və
spesifik cəhətləri
Maarifçilik ilk dəfə Qərbi Avropa ölkələrində kapitalizmin
təşəkkülü dövründə (XVII- XVIII əsrlərdə) yaranmışdır. O məzmunca çox
geniş olub, ictimai, siyasi, hüquqi,
əxlaqi və bədii ideyalar, baxışlar
sistemindən ibarətdir. Maarifçilik fəlsəfəsi onun mühüm tərkib hissəsi ol-
maqla, əsasən dünyagörüşü məsələlərini əhatə edir.
Azərbaycanda
maarifçilik qərb ölkələrinə nisbətən bir qədər gec
baş vermişdir
(XIX əsrin ortalarında).
Bu onunla izah edilir ki,
Azərbaycan tarixən o qədər də güclü inkişaf etməmişdi. Buna görə də maa-
rifçiliyin yaranmasını hazırlayan şərait burada xeyli gec yetişmişdi. Məhz
həmin dövrdə Azərbaycanda feodalizm quruluşuna,
sxolastikaya və
cəhalətə qarşı, tərəqqi, elm və maarif uğrunda mübarizə geniş yer tuturdu.
Rus çarizminin yeritdiyi müstəmləkə siyasətinə baxmayaraq şimali
Azərbaycanda rus ictimai fikrinin müsbət tə‟siri baş verməkdə idi. Rusiya
ilə tanışlıq Azərbaycanın qabaqcıl ziyalılarının
Avropa mədəniyyəti
nümunələrinə qovuşması üçün mühüm vasitə rolunu oynayırdı.
Beləliklə Azərbaycanda maarifçiliyin formalaşmasında Rusiyanın
və Avropanın mütərəqqi fikri böyük rol oynamışdır.
Dostları ilə paylaş: