Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


bu tezis özünü doğruldursa, ictimai



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə130/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

bu tezis özünü doğruldursa, ictimai 
həyata nəzərən o yanlış xarakter daşıyır. Çünki «ictimai varlıq» ilə 
şüur bir- birindən ayrılmazdır, onları birinci və ikinci sırası üzrə 
düzmək doğru deyildir 
(Bu haqda sosial fəlsəfə bölməsində geniş söhbət 
açılacaqdır). Bununla yanaşı marksizm maddi və mə‟nəvi tərəflərin bir- 
birilə mürəkkəb və ziddiyyətli qarşılıqlı tə‟sirdə olduğunu qeyd edirdilər. 
Marksist fəlsəfə 
dünyanın dərkedilənliyini irəli sürürdü. 
Bu 
tə‟limə görə dünyadakı obyektiv hadisə və proseslər insanların şüurunda az 
və ya çox dərəcədə düzgün şəkildə əks olunur. Dünya haqqında bu yol ilə 
həqiqi biliklər almaq mümkündür. Sonuncular insanların dünyada düzgün 


107 
səmtləşə bilməsində və onu öz tələbat və mənafelərinə uyğun şəkildə 
dəyişdirməyə yönələn fəaliyyətində çox böyük əhəmiyyət kəsb edir. Mark-
sizm bu münasibətdə aqnostisizmi (dünyanın dərk olunanlığını inkar edən 
tə‟lim) tənqidi etmişdir. 
Marksist fəlsəfədə idrak insanların özünəməxsus fəaliyyəti növü 
kimi səciyyələndirilir. Bu fəaliyyət obyektiv aləmin (təbiət, cəmiyyət və 
insanın) predmet və hadisələrinin, habelə şüurun və idrak prosesinin 
özünün xassələrini aşkar etməyə yönəlmişdir. Idrakın obyektini həm ob-
yektiv, həm də subyektiv reallıq təşkil edir. Bu fəlsəfə öyrədir ki, insanın 
idrak fəaliyyəti ilə təfəkkür fəaliyyəti ayrılmaz surətdə bağlıdır, qarşılıqlı 
surətdə bir- birinə nüfuz edir. Onları yalnız abstraksiyada, nisbi olaraq, 
təhlil naminə bir- birindən ayırmaq olar. Marksist qnoseologiya (idrak 
nəzəriyyəsi) 
idrakın mürəkkəb və ziddiyyətli proses olduğunu göstərir.
Onun hissi pilləsini (duyğu, qavrayış, təsəvvür) və rasional pilləsini 
(anlayış, hökm, əqli nəticə) seçib ayırır. Onların hər birinin özünəməxsus 
cəhətlərini, habelə dialektik qarşılıqlı əlaqəsini və vəhdətini göstərir. Bu 
qnoseologiyada 
həqiqət 
haqqında tə‟lim mühüm yer tutur. Marksizmə görə 
biliyin həqiqiliyi onun əks etdirdiyi real obyektlərə nə dərəcədə uyğun 
gəlməsi ilə müəyyən olunur. Bu tə‟lim həqiqəti proses kimi təsəvvür edir. 
Onun mütləq, nisbi və konkret növlərini bir- birindən fərqləndirir. 
Marksizm cəmiyyətə və onun inkişafına real təbii- tarixi proses kimi 
yanaşır. Cəmiyyəti vahid sosial orqanizm halında götürür. Onun müxtəlif 
pillələrini səciyyələndirmək və bir- birindən 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin