114
XIX əsrin sonlarına doğru Azərbaycanda kapitalist münasibətləri
sür‟ətlə inkişaf etməkdə idi. Neft sənayesində baş verən yüksəliş
cəmiyyətin sosial həyatında, mədəniyyətində, milli- ideoloji baxışlarında
da mühüm irəliləyişləri şərtləndirdi. Sənayenin müxtəlif sahələrində və
ticarətdə
milli burjuaziya formalaşırdı
. Mütərəqqi rus və qərbi Avropa
əhval- ruhiyyəli azərbaycanlı maarifçilərin sayı çoxalmağa başladı. Həmin
dövrdə türk xalqları arasında,
o cümlədən də Azərbaycanda milli oyan-
ma prosesi özünü göstərirdi
. Bu zəmində islamçılıq və türkçülük meylləri
baş verirdi. Xalqın dünyagörüşündə və məfkurəsində yaranan milli özünü
dərk prosesinin önündə ziyalılar gedirdi. Artıq bu dövrdə
Azərbaycan
ziyalılarının üçüncü nəsli formalaşırdı
(birinci nəsil XIX əsrin 30- 40- cı
illərində, ikinci nəsil isə 70- ci illərdə yetişmişdi). XIX- XX əsrlərin hüdu-
dunda Ə.Hüseynzadə, Ə.Ağayev, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə,
Ü.Hacıbəyov və başqaları Azərbaycanda türkçülük ideyasının əsasını
qoymuş, onun yayılmasında fəal iştirak etmişdilər. Onlar türkçülük
hərəkatının ümumi liderlərinin (Ziya Göyalp, Ismayıl bəy Qaspıralı, Zəki
Vəlidə Toğan, Yusif Akçura və başqalarının) fəaliyyətindən və ideya
irsindən bəhrələnirdilər.
Beləliklə Azərbaycanda maarifçiliyin bu mərhələsi
Dostları ilə paylaş: