102
götürmək olar. Belə ki, inkişaf prosesində
fərdi şüur bəşəriyyətin öz
tarixində keçdiyi bütün yolu, bütün mərhələləri keçir.
«Məntiq elmi» əsərində isə Hegel anlayışın öz hərəkətini
göstərmək vəzifəsini irəli sürmüşdür.
O
deyirdi ki, subyekt anlayışdan
tam kənar edilməli, onun hərəkətinə qarışmamalıdır. Subyektin vəzifəsi
yalnız anlayış üzərində müşahidə aparmaqdan ibarətdir.
Bu zaman
müşahidəçi- filosof görür ki, hər bir anlayış məhduddur, yə‟ni onun sonu
vardır. Bu keyfiyyəti üzündən anlayış öz əksinə çevrilməklə labüddən özü-
özünü məhv edir. Bu halda belə bir cəhət nəzərdə tutulmalıdır ki,
anlayışlardan birtərəfli xarakter daşıyır. Daha dəqiq deyilsə, anlayışın
mahiyyəti elə onun birtərəfliliyi deməkdir. Buradan aydın olur ki, hər bir
anlayışın birtərəfliliyi tamamilə konkretdir. Məhz buna görə o başqa
anlayışlara deyil, yalnız özünün əksi olan anlayışa keçir.
Bu sonuncu isə
yenə də öz məhdudluğunu, sonluluğunu büruzə verir və buna görə də
yenidən öz əksi olan anlayışa keçir. Bu hal ali səviyyəli sintez nail olunana
qədər davam edir. Yə‟ni
o vaxta qədər baş verir ki, «mütləq və tam
həqiqət, öz- özünü fikirləşməyə qadir olan ideya» əldə edilmiş olsun.
1
He-
gel Aristotelin ardınca gedərək bu ideyanı «təfəkkürün təfəkkürü» hesab
edir və
göstərirdi ki, onun əldə edilməsi ilə «məntiq» başa çatır.
Anlayışın özhərəkətini ifadə edən bütün bu proses dialektik yol ilə
gedir. Hər bir anlayışda mövcud olan məhdudluq və birtərəflilik onun
inkişafının hərəkətverici yayı rolunu oynayır. Anlayış öz inkişafında ali
nöqtəyə- mütləq səviyyəyə çatmayana qədər onun inkişafının
hər bir
pilləsi, yalnız nisbi həqiqəti verə bilər. Qəti və tam həqiqət isə ancaq
mütləq səviyyədə əldə edilir.
Beləliklə Hegelin sistemi mütləq həqiqətin əldə edilməsini nəzərdə
tutur. Bu onun mühafizəkar xarakter daşıdığını göstərir.
Dostları ilə paylaş: