Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Hegelin dialektik metodu onun sisteminin tələbləri ilə ziddiyyətə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə125/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Hegelin dialektik metodu onun sisteminin tələbləri ilə ziddiyyətə 
girir, çünki bu sistem mütləq, başa çatmış 
həqiqətin əldə olunacağını 
iddia edir. Hegel öz sisteminə bütün bəşəriyyətin inkişaf zirvəsi, mütləq 
həqiqətin əldə edilmiş olduğu fəlsəfə kimi baxırdı. Beləliklə də təsəvvür 
olunurdu ki, tarix sanki başa çatmışdır. Onun əldə etdiyi səviyyə, yə‟ni o 
zamankı Almaniya bəşəriyyətin tarixi inkişafının yüksək nöqtəsi e‟lan olu-
nurdu. 
3. Feyerbax 
XIX əsrin ortalarında alman filosofu L.Feyerbax (1804- 1872) 
məşhur idi. O, əvvəldə Hegel fəlsəfəsinə böyük həvəs göstərmiş, lakin artıq 
1
Гегель Г. Сочинения. Т.1. с.340. 


103 
1839- 
cu ildə ondan ayrılmışdı. Feyerbaxa görə idealizm 
rasionallaşdırılmış dindir, din ilə fəlsəfə isə öz mahiyyətinə görə bir- birinə 
əksdir. O göstərirdi ki, dinin əsasını ehkamlara e‟tiqad təşkil etdiyi halda, 
fəlsəfənin əsasında bilik, şeylərin həqiqi təbiətini aşkar etmək cəhdi durur. 
Buna görə də Feyerbax fəlsəfənin birinci vəzifəsini dini tənqid etməkdə, 
dini şüurun mahiyyətini təşkil edən illüziyaları ifşa etməkdə görürdü. 
Feyerbaxın fikrincə din və öz ruhuna görə ona yaxın olan idealist fəlsəfə, 
gerçəklikdə insana məxsus olan atributları Allahın adına yazmaq yolu ilə 
insan mahiyyətinin özgələşməsi nəticəsində yaranır. Beləliklə də çətin ara-
dan qaldırıla bilən illüziya özünü göstərir: allahın əsl yaradıcısı olan insan, 
allah tərəfindən yaradılan kimi göstərilir, ondan asılı vəziyyətə salınır, 
azadlıq və müstəqillikdən məhrum olunur. 
Feyerbaxa görə dini yanlışlıqlardan azad olmaq üçün bunu başa 
düşmək zəruridir ki, insan allah tərəfindən yaradılmamışdır, o əbədi 
təbiətin bir hissəsi, özü də ən mükəmməl hissəsidir. 
Lakin Feyerbaxın 
materializmi antropoloji materializm idi. 

XVIII əsr materializmindən ciddi surətdə fərqlənərək hər cür reallığı mex-
aniki hərəkətə müncər etmirdi. Feyerbax təbiətə mexanizm kimi deyil, or-
qanizm kimi baxırdı. Feyerbaxın diqqət mərkəzində mücərrəd şəkildə 
götürülən materiya deyil, psixofiziki vahid, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin