ayrıca bir insan və bütövlükdə bəşəriyyət yüksək məqsədlər kimi çıxış etsin . Kant sosial
bəyənilən davranış normalarını və əxlaq normalarını bir- birindən
fərqləndirirdi. Birinci konkret tarixi xarakter daşıyır. Lakin heç də həmişə
əxlaqi tələblərin reallaşması demək deyildir. Onun tə‟limi məhz tarixin və
zamanın fövqündə duran əxlaqı aşkar etməyə yönəlmişdir. Kantın fikrincə
bu tə‟lim hər hansı bir sinfə və ya xalqa deyil, bütövlükdə bəşəriyyətə
xidmət etməlidir.
2. Dialektika tə‟limi Kantın fəlsəfədə etdiyi çevrilişi ondan sonra gələn alman
mütəfəkkirləri xeyli dərəcədə inkişaf etdirdilər. Bu mə‟nada
I.Fixtenin, F.Şellinqin və xüsusən də Hegelin fəlsəfi ideyaları diqqəti cəlb edir .
Bütövlükdə Kantdan sonrakı alman fəlsəfəsi dialektika tə‟liminin işlənib
hazırlanması ilə səciyyələnir.
I.Fixte (1762-1814) toxucu ailəsində doğulmuşdur. Maddi
vəziyyətinin çətin olmasına baxmayaraq Iyen və Leypsiq universitetlərində
mükəmməl təhsil almışdır. Onun fəlsəfi ideyaları əsas e‟tibarilə 1794-
1795-ci illərdə yazdığı «Ümumi elm tə‟liminin əsası» əsərində irəli
sürülmüşdür. Burada o sübut etməyə çalışmışdır ki, bütün elmlərin
bünövrəsini «elm haqqında tə‟lim» olan fəlsəfə təşkil edir.
Fixte hər şeydən əvvəl Kantın dualizminə (özündə şey - hadisə,
təbiət- azadlıq) qarşı çıxırdı. Onun fikrincə bu ziddiyyətlilik təfəkkürün
qalığıdır. Buna görə də onu aradan qaldırmaq zəruridir.
Fixte vahid bir əsasdan çıxış edən bilik sistemi yaratmağa cəhd göstərirdi . Beləliklə o
Kantın tə‟liminə yenidən baxmaq addımını atmışdır. Fixteyə görə biliyin
təkcə forması deyil, həm də məzmunu «xalis Mən» transendental
appersepsiyasından hasil edilməlidir. Bu o deməkdir ki, Kantın transenden-
tal subyekti bütün mövcudatların mütləq başlanğıcına- «mütləq Mənə»
çevrilir.