əvvəlki) mühakimələr probleminə də xüsusi diqqət verirdi . O göstərirdi
ki, hissi təsəvvürdə həmişə təsadüfilik mövcuddur. Məsələn, biz
pəncərədən çölə baxaraq yağış yağdığını söyləyiriksə, bu hökm bir faktı
təsdiq edir. Ola bilər ki, yarım saatdan sonra yağış dayansın və söylədiyi-
miz hökm həqiqiliyini itirsin. Buna görə də Kantın fikrincə bu yol ilə
(yə‟ni empirik, hissi müşahidə) ümumi və zəruri bilik əldə etmək qeyri-
mümkündür. Hissi müşahidənin verdiyi bilik həmişə ehtimal xarakteri
daşıyır. Çünki o təcrübəyə əsaslanır (aposteriordur) və öz dəqiqliyinə,
ümumiliyinə və zəruriliyinə görə heç vaxt aprior (təcrübəyəqədərki)
mühakimələrlə müqayisə oluna bilməz.
Kant göstərirdi ki, insan biliyi heç vaxt nizamsız (xaotik) ola
bilməz. O həmişə hissiyyatın və dərrakənin müəyyən aprior formaları
tərəfindən sahmana salınır. Hissiyyatın belə aprior formaları
məkan və zamandır . Məkan xarici hisslərin verdiyi sonsuz saylı qarmaqarışıq
təəssüratları nizama salır. Daxili hisslərə münasibətdə isə bu vəzifəni za-
man həyata keçirir. Beləliklə o məkan və zamanı predmet və əşyaların
mövcudluq forması deyil, subyektin hissiyyatının aprior formaları hesab
edirdi. Kanta görə təkcə hissiyyat yox, həm də dərrakə belə aprior formala-
ra malikdir. Sonunculara ümumi anlayışlar (vəhdət, çoxluq, reallıq,
səbəbiyyət və sair) daxildir. Məhz onlar predmetlərin mövcudluğu,
xassələri və münasibətləri haqqında aparılan ümumi və zəruri xarakterli
fikirləri mə‟nalandıran formalardır.
Kant idrak prosesini aşağıdakı kimi təsəvvür edirdi: «özündə şeylər»
(o obyektiv namə‟lum predmetləri belə adlandırırdı) insanın hiss üzvlərinə
tə‟sir edərək müxtəlif duyğular yaradır. Bu duyğular aprior seyrçi forma-
lar- məkan və zamanın köməyilə nizama salınır və qavrayışın predmetini
təşkil edir. Qavrayış fərdi və subyektiv xarakter daşıyır. Onun təcrübəyə
çevrilməsi, yə‟ni ümuməhəmiyyətli səciyyə alması (Kanta görə bu obyek-
tivlik deməkdir) üçün anlayışlarla əməliyyat aparan idraki qabiliyyətin-
dərrakənin iştirakı zəruridir. Məhz dərrakə çoxsaylı, rəngarəng hissi
materialı anlayışların vəhdəti altında birləşdirir. O predmeti aprior təfəkkür
formalarına- kateqoriyalara uyğun şəkildə quraşdırır. Kant göstərirdi ki,