93
əsasın sivilizasiya tərəfindən təhrifi və tapdalanması, yamanlığa və
ədalətsizliyə gətirib çıxarır.
XVIII əsr
fəlsəfəsində fərdi və ümumi, təbii və sosialın münasibəti
problemlərinin həlli bir növ antik dövrdə sofist tə‟liminin yenidən
canlandırılmasını xatırladır. Fransız maarifçiləri də sofistlər kimi insanın
təbiət mövcudatı olmasından çıxış edir və buna görə də hissi meyllərə əsas
keyfiyyət kimi baxırdılar. Buradan da onların idrak nəzəriyyəsində sensua-
lizm və etikada isə gedonizm mövqeyində durması irəli gəlirdi.
XVIII əsr fransız filosoflarının mühüm bir xüsusiyyətini onların
Dostları ilə paylaş: