bilikləri iki növə ayırırdı: «zəka həqiqəti» və «fakt həqiqəti». Birinci yalnız zəka anlayışlarının köməyi
ilə, təcrübəyə əsaslanmadan əldə edilən biliyi əhatə edir. Məsələn, eyniyyət
və ziddiyyət qanunu, riyaziyyatın aksiomları bu qəbildəndir. Ikinci, yə
'
ni
«fakt həqiqəti» isə empirik yol ilə qazanılır. Dünya haqqında bizim
təsəvvürlərimizin çox hissəsi bu qəbildəndir. Onun fikrincə biz buzun
soyuq və ya odun isti olduğunu, metalın müəyyən temperaturda əridiyini
söyləyərkən faktları şərh edirik. Bu hələ həmin hadisələrin səbəbləri
haqqında səhih bilik deyildir. Buna görə də Leybnis göstərirdi ki, «zəka
həqiqəti»
həmişə zəruri və ümumi xarakter daşıyır ,
«fakt həqiqəti» isə yalnız ehtimaldır . Mütləq biliyə malik olan ali monadda «fakt həqiqəti»
olmur, onun bütün biliyi «zəka həqiqəti» formasında çıxış edir.
Bütövlükdə Leybnisin rasionalist sistemi XVII əsr fəlsəfəsinin
sonu və klassik alman fəlsəfəsinin sələfi hesab olunur.
2. XVIII əsr maarifçilik fəlsəfəsi XVIII əsr maarifçiliyi Avropada fəlsəfi fikrin inkişafında mühüm
yer tutur. Əvvəllərdə yalnız məhdud alimlər dairəsinə müyəssər olan elmi
biliklər məhz bu dövrdən e
'
tibarən kütlələr içərisində yayılmağa başlayır.
Insan zəkasının qüdrətinə, elmin hüdudsuz imkanlarına inam , maa-
rifçilik dövrünün əsas qayəsini təşkil edir. Belə düşüncə tərzi, əhval-
ruhiyyə hələ XVII əsrdə formalaşmağa başlamışdı. O dövrdə qabaqcıl
mütəfəkkirlər tərəfindən orta əsr sxolastikasının tənqidi, nüfuz və ən
'
ənəyə
deyil, zəkaya müraciət edilməsi XVIII əsrdə daha da inkişaf etdirildi. Bu
əsr sanki min il davam edən orta əsrlər qaranlığından sonra gələn zəka və
işıq dövrü, azadlığın bərpası, elm və incəsənətin çiçəklənməsi dövrü hesab
olunurdu. XVIII əsrdə bir tərəfdən elm ilə praktikanın əlaqəsi və bunun
ictimai cəhətdən faydalılığı əsaslandırıldı. Digər tərəfdən intibah
dövründən və XVII əsrdəkindən fərqli olaraq tənqid başlıca olaraq