92
və genişürəklilik. «Bu yeni qəhrəmana- «dünya vətəndaşı»na bu və ya
digər formada öz məhdud dairəsinə qapanmaq yad idi. O hər bir xalqda,hər
bir təbəqədə və hər bir itaət edənlər arasında «yaxşı adam» axtarıb tapmalı
idi.
XVIII əsr fəlsəfəsinin həll etməyə cəhd göstərdiyi başlıca məsələ
yalnız öz xüsusi mənafelərini, eqoizmi və öz təmənnasını əldə rəhbər tutan
«xüsusi adam»la bağlı idi. Fərd ilə zəka və ədalət daşıyıcısı olan
«ümumiyyətlə insanın» bir araya sığmaz olduğunu göstərirdi. Onun
nümayəndələri göstərirdilər ki, xüsusi mənafeli eqoist fərdlər bir yerə
cəmləşdikdə onlar arasında hamının hamıya qarşı mübarizəsi baş verir.
Zəkalı və hüquqi əsasa gəlincə isə qeyd olunurdu ki, onun daşıyıcısı öz
eqoist istəklərinin və instinktlərinin əsiri olan empirik fərd deyil, məhz
«ümumiyyətlə insan»dır, insan növünün ideal nümayəndəsidir. Bu sonralar
Kant tərəfindən «transendental subyekt» adını almışdı. Eqoist fərd ilə
«ümumiyyətlə insan» arasında gedən mübarizə XVIII əsr ədəbiyyatında da
əsas xətti təşkil etmişdir.
XVIII əsr fəlsəfəsində
Dostları ilə paylaş: