91
təsəvvürlərdən, habelə fövqəltəcrübi metafizik «hipotezlərdən»
azad olan
elmi zəkaya müraciət edirdilər.
Maarifçiliyin optimist xarakteri onun tarixən yüksəlməkdə və
möhkəmləndikdə burjuaziya sinfinin düşüncə
tərzini ifadə etməsi ilə
şərtlənirdi. Təsadüfi deyildir ki, məhz başqa
ölkələrdən tez kapitalizmə
keçən Ingiltərə maarifçiliyin ilk vətəni olmuşdur. Maarifçilərin metafizi-
kaya qarşı mübariz ruhu burjuaziyanın tarix səhnəsinə öz dünyəvi, praktiki
mənafeyi ilə meydana çıxması ilə bağlıdır.
Ingiltərədə
maarifçilik
fəlsəfəsi
C.Lokkun,
Dj.Tolandın,
A.Kollinzin, A.Şefsberinin yaradıcılığında ifadə olunmuşdur. O,
şotland
məktəbi nümayəndələri (T.Rid, A.Smit və D.Yum) tərəfindən başa
çatdırılmışdır. Fransada isə XVIII əsrdə maarifçilərin
bütöv bir nəsli
fəaliyyət göstərmişdir (F.Volter, j.Russo, D.Didro, j.D
'
Alamber, P.Holbax,
j.Lametri və s.). Almaniyada maarifçilik ideyalarını H.Lessinq, I.Herder və
gənc Kant yaymışlar.
Ingilis maarifçilərinin ilk böyük siması Nyutonun dostu
C.Lokk
(1632- 1704) olmuşdur
. Onun fəlsəfəsi öz müasirlərinin dediyinə görə
Nyutonun elmi proqramının əsaslandığı prinsiplərə arxalanır.
Onun əsas
əsərində («Insan zəkası haqqında təcrübə») irəli sürülən müsbət proqramı
təkcə ingilis deyil, fransız maarifçiləri də qəbul etmişdilər.
Lokkun
əsərlərində
Dostları ilə paylaş: