Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


təkcə Bekon deyil, həm də Dekart öz



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə103/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

təkcə Bekon deyil, həm də Dekart öz 
fəlsəfəsini məhz tənqiddən başlamışdı
. Həm də Dekartda tənqid universal 
şübhə forması kəsb edir. Bu şübhə köhnə mədəniyyət binasını dağıtmağa 
və əvvəlki şüur tipini ləğv etməyə yönəlir. O göstərirdi ki, bunu yeni, ra-
sional mədəniyyət binası yaratmaq üçün edir. Antitradisionalizm Dekart 
fəlsəfəsinin əsası idi. Dekart yeni mədəniyyətin əsas prinsipini əyanilikdə, 
yəqinlikdə görürdü. 
Əyanilik prinsipi Dekartın antitradisionalizmi ilə 
sıx əlaqəlidir
. Onun fikrincə biz ona görə həqiqi bilik əldə etməliyik ki
praktiki həyatımızın təşkilində onu əldə rəhbər tutaq. Dekarta görə köhnə 
elm plansız surətdə salınmış şəhərə bənzəyir. Yeni elm vahid plan üzrə və 
vahid metod üzrə inkişaf etməlidir. 
Əlbəttə, Dekart ən‟ənələri tənqid edərkən sıfırdan başlamağı irəli 
sürmürdü. 
O ən‟ənənin müəyyən tərəfini atıb, başqa bir tərəfinə 
arxalanmağa çağırırdı
. Dekartın əvvəlki fəlsəfə ilə əlaqəsi onun 
dünyagörüşünün çıxış nöqtəsində aşkara çıxır. O belə bir əqidədə idi ki
yeni təfəkkür metodunun yaradılması 
möhkəm və sarsılmaz əsas tələb 
edir
. Belə əsas isə zəkanın özündə, daha dəqiq deyilsə, onun mənbəyi olan 
mənlik şüurunda axtarılmalıdır
. Dekart «Fikirləşirəm, deməli mövcu-
dam» fikrini bütün mühakimələrdən daha e‟tibarlı və səhih hesab edirdi. 
Fransız mütəfəkkiri göstərirdi ki, 
mənlik şüuru elə bir nöqtədir ki, ona 
əsaslanmaq və ondan çıxış etməklə bütün digər bilikləri inkişaf 
etdirmək olar
. «Mən fikirləşirəm» elə bir mö‟təbər aksiomdur ki, bütün 
elm binası onun üzərində yüksəldilə bilər. 
XVII əsr rasionalistləri (Dekart, Spinoza, Leybnis) riyaziyyatı əsl 
ciddi və dəqiq elm nümunəsi hesab edirdilər. Onların fikrincə fəlsəfə də əsl 
elm olmaq istəyirsə (onlar fəlsəfənin mö‟təbər elm kimi qəbul edirdilər) 
riyaziyyatdan nümunə kimi istifadə etməlidir. Dekartın özü görkəmli 
riyaziyyatçı, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin