Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


insanın ikiləşmiş şəkildə qiymətləndirilməsidir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə69/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

insanın ikiləşmiş şəkildə qiymətləndirilməsidir
: O bir tərəfdən təbiətin 
öz daxilində götürüldükdə birinci yeri tutur, onun ağasıdır. Digər tərəfdən 
isə, insan allahın surəti və bənzəri olduğu üçün ümumiyyətlə təbiətin 
hüdudlarından kənara çıxır, ondan yüksəkdə durur (axı allah transendent-
dir, o öz yaratdığı dünyadan tam kənarda, əlçatmazlıqda durur). Orta əsrlər 
dövrünün antropologiyasının antik dövrdəkindən əsas fərqi də bundadır. 
Antik dövrün 
insan tə‟liminin hər iki əsas cərəyanı (platonizm və aris-
totelizm) onu başqa mövcudluqlar sistemindən kənarda götürmürdü

Insana hətta müəyyən bir sistemdə üstünlük də vermirdilər. Məsələn, pla-
tonçular insanın əsl mahiyyətini, onun yalnız zəkalı ruh olmasında 
görürdülər.Həm də belə hesab edirdilər ki, insan zəkalı mövcudatlar (ruh, 
mələk, şeytan, allahlar və s.) iyerarxiyasında aşağı yer tutur. Yaxud 
Aristotelə görə insan hər şeydən əvvəl canlı bədəndir, ruha malik olan 
heyvandır. Onun vəhşilərdən və həşəratdan fərqi yalnız ruhunun zəkalı 
olmasındadır. 


60 
Orta əsr filosofları isə 
insan ilə qalan kainat arasında keçilməz 
sədd yaradırdılar
. Onların fikrincə insan başqa dünyadan («səma 
səltənətindən», «ruhlar dünyasından», «cənnətdən» və s.) gəlmişdir və 
yenidən oraya qayıtmalıdır. Allah insana bir tərəfdən zəka və azad iradə 
verir, yə‟ni mühakimə yürütmək, yaxşılığı və yamanlığı fərqləndirmək 
qabiliyyəti verir. Allahın obrazı kimi insanın mahiyyəti məhz bundadır. 
Digər tərəfdən allah insanın digər mövcudluqlar üzərində ağalıq etməsi 
üçün ona bədən və ruh verir). 
Xristian dini tə‟liminə görə allahın oğlu- Loqos və ya Iusus Xristos 
çarmıxa çəkilmiş şəkildə ölümü ilə insan nəslinin günahını yumaq və 
beləliklə də insanları xilas etmək üçün insan şəklində təcəssüm etmişdir. 
Qeyd olunmalıdır ki, bu ideya təkcə qədim bütpərəstlik mədəniyyəti üçün 
deyil, həm də digər monoteist dinlər- iudaizm və islam üçün yaddır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin