Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə471/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   467   468   469   470   471   472   473   474   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Bunlardan birincisi
onun zorakılıqdan 
qorunmasıdır (buna hüquqi dövlət tə
'
minat verir). 
Ikincisi isə
onun fikir, 
baxış və iradəsinin toxunulmazlığı və onların ictimai həyatda 
reallaşdırılmasına şərait yaradılmasıdır (bunu demokratiya tə
'
min edir). 
Deyilənlər sübut edir ki, 
həqiqi azadlıq yalnız demokratik cəmiyyətdə 
mümkündür
. Demokratik ictimai quruluş hər bir adamın siyasi 
yetkinliyinə və əqidəsinə müvafiq olaraq cəmiyyət tərəfindən tanınmasına 
və ona hörmət edilməsinə şərait yaradır. Bu quruluşda insanın müstəqilliyi 
ali dəyər kimi qiymətləndirilir, onun ləyaqətinə hörmətlə yanaşılır. 
Şəxsiyyətə öz təşəbbüskarlığını genişləndirmək üçün real imkanlar açılır. 
Cəmiyyət üzvlərinə tədricən belə bir fikir aşılanır ki, yalnız azad 
düşünməyi və hərəkət etməyi bacaran şəxs mövcud şəraitin diktə etdiyi 
variantlardan ən ağıllısını seçmək iqtidarındadır. Deyilənlər göstərir ki, 
insanın zəkasına hörmət və azadlığının qorunması demokratiyanın ən 
mühüm prinsiplərindəndir. 
Hazırda ölkəmizdə bazar münasibətlərinə və demokratizmə 
əsaslanan cəmiyyət qurulmaqdadır. Ilk nəzərdə belə görünə bilər ki

bazar ilə demokratiya bir- birinə o qədər də yaxın deyildir. Əslində bu 
iki 
anlayış 
arasında dərin əlaqə mövcuddur. Bu əlaqə əsas e
'
tibarilə iki amil 
ilə şərtlənir: 
birincisi, 
hər bir xüsusi mülkiyyətçi dövlətə öz rəqibi deyil, 
onun mülkiyyət hüququnu qoruyan müttəfiqi və himayəçisi kimi 
baxmalıdır. Məhz mülkiyyət hüququnun toxunulmazlığının tə
'
min 
edilməsi, onun sahibinə öz işini uzun müddətli strategiya əsasında qurmaq 
imkanı verir. Belə olduqda mülkiyyətçinin buraxdığı məhsula çəkilən 
xərclər aşağı düşür. Digər tərəfdən məhsulun keyfiyyəti yaxşılaşır və 
rəqabətə davam gətirmə qabiliyyəti yüksəlir. Buradan aydın olur ki, 
demokratikləşmənin genişlənməsi və sabit demokratik rejimin yaradılması 
səmərəli bazar münasibətlərinin formalaşmasının çox mühüm şərtidir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   467   468   469   470   471   472   473   474   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin