Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Cəmiyyətin tarixi xalqın fəaliyəti nəticəsidir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə567/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   563   564   565   566   567   568   569   570   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Cəmiyyətin tarixi xalqın fəaliyəti nəticəsidir

Tarixdə xalqın həlledici rolunu izah etməzdən əvvəl «xalq» 
anlayışının məzmununu açmaq lazım gəlir. Bu ona görə vacibdir ki, həmin 
anlayışın məzmunu dəyişkən və mütəhərrikdir. Hər bir konkret tarixi 
dövrdə bu anlayışın məzmunu spesifik xarakter daşıyır. Bu obyektiv amil 
xalq anlayışının müxtəlif izahına qida verir. 
Həm də nəzərdə tutulmalıdır ki, xalq anlayışının məzmunu kifayət 
qədər öyrənilməmişdir. Bunun mühüm bir səbəbi odur ki, uzun illər 
ərzində ictimai fikirdə xalq kütlələrinin roluna lazımi əhəmiyyət 
verilməmişdir. Yalnız Fransada bərpa dövrünün tarixçiləri (Tyerri, Kizo, 
Minyo) tarixin gedişində üçüncü təbəqənin roluna diqqət yetirmişdilər (o 
vaxta qədər yalnız iki təbəqə-ruhanilər və dvoryanlar göstərilirdi). 
Adətən xalq anlayışına əhalinin böyük əksəriyyətini təşkil edən 
təbəqələr daxil edilir
. Məsələn feodalizmdə xalq təhkimli kəndliləri və 
sənətkarları, kapitalizmdə isə proletariatı və digər muzdlu əmək işçiləri 
əhatə edir. Qeyd edək ki, öz tərkibinə görə xalq heç vaxt yekcins olmur. 
Digər bir səciyyəvi cəhət budur ki, cəmiyyətdə əhalinin tüfeyli həyat sürən 
təbəqələri cinayətkar və ağıldan kəm insanlar bir qayda olaraq xalqın 
tərkibinə daxil edilmir. Xalq anlayışı çox vaxt müəyyən ölkədə yaşayan 
əhali və yaxud millət mənasında işlənir (məsələn azərbaycan xalqı, özbək 
xalqı və sair). Xalq anlayışını «xalq kütlələri» mənasında götürdükdə isə 
onun tərkibinə ölkədəki bütün insanlar deyil, birinci növbədə əməklə 
məşğul olan və öz əməyi hesabına yaşayanlar aid edilir. 
Xalq ayrı-ayrı insanların mexaniki məcmusu deyildir. O, konk-
ret cəmiyyəti təşkil edən bütöv bir tam kimi çıxış edir
. Onun tərkibinə 
eyni dövrdə mövcud olan ailələr və tək yaşayan fərdlər daxildir. Həm 
ailələrin, həmdə ayrı yaşayan insanların hazırki fəaliyyəti və gələcəyi 
xalqın taleyi ilə ayrılmaz surətdə bağlıdır. Məlumdur ki, hər bir ailə, ona 
daxil olan üzvləri yox edib sıradan çıxarmır, əksinə onların həyatını daha 
da dolğunlaşdırır və təkmilləşdirir. Eynilə də xalq ona daxil olan ailələri 
və tək şəxsiyyətləri əridib yox etmir. Onların həyatının məzmununu 
müəyyən milli formada daha da dolğun edir. Bu forma hər bir xalqın əsl 


515 
mənasını və səciyyəsini ifadə edən dilində, adətlərində və xarakterində əks 
olunur. Deyilənlər daha çox təkmillətli xalqlara aiddir. Müasir dünyada 
xalqların, millətlərin və ayrı-ayrı fərdlərin qarşılıqlı təsiri nəticəsində onlar 
bir-biri ilə qaynayıb qarışır və birləşirlər. Buna görə də hazırda monoetnik 
(birmillətə malik olan) xalq demək olar ki, çox azdır. Məsələn müasir 
azərbaycan xalqının tərkibində onlarla müxtəlif millətlərin nümayəndələri 
yaşayır. 
Bəzən xalq dedikdə ağır işi görən, zəhmətkeş camaat nəzərə gəlir. 
Bu tarixən hakim dairələrin adi kütləyə nifrətlə yanaşması ənənəsinin 
davamıdır. Onlar göstərirlər ki, xalq iki hissəyə «yaradıcı azlığa» və «qara 
camaata» ayrılır. Birinci hissəyə seçilmiş təbəqələr (aristokratik ruh 
sahibləri, cəmiyyətin qaymağı), ikinciyə isə heç nəyə qadir olmayan
yaradcılıq keyfiyyətlərindən məhrum olan adi kütlə daxildir.
Xalq anlayışını geniş mə'nada (yə'ni ölkənin əhalisi mə'nasında) 
götürənlərdən biri Ş.Monteskyo olmuşdur. Onun fikrincə senatorlar və 
patrisilər ilə yanaşı plebeylər xalqa daxildir. 
Əslində xalq dedikdə yalnız elə siniflər və təbəqələr başa düşülür 
ki, onlar maddi və mə'nəvi dəyərlər yaradır, beləliklə də, cəmiyyətin 
inkişafına kömək edirlər. Fəlsəfi ədəbiyyatda 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   563   564   565   566   567   568   569   570   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin