Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə40/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

abidəsi «Müdrik Axikar 
haqqında» 
adlanır. Burada müdrikliyə və əxlaqa aid yüzdən artıq etik 
nəsihət toplanmışdır. Məsələn, göstərilirdi ki, «həddən artıq şirin olsan 
səni udarlar, həddən artıq acı olsan, səni bir kənara atarlar». Yaxud da belə 
bir ibrətamiz nəsihət edilirdi: «Sakit danışmaq lazımdır, əgər səs- küy 
salmaq iş göstəricisi hesab olunsa, onda uzunqulaq gündə bir ev tikərdi». 
«Ağanın qul ilə söhbəti» adlı 
abidədə də bir sıra maraqlı fəlsəfi 
fikirlər irəli sürülmüşdür. Onun əsas məzmununu 
hökmdarın qəzəbinə 
gəlmiş quldarın öz qulu ilə söhbəti təşkil edir
. Qul sahibi quluna nəsihət 
edərək göstərir ki, həyat mə‟nasızdır, hökmdarın səxavətliliyinə ümid 
bağlamaq olmaz. Qadına məhəbbət və kef məclisi də müvəqqətidir. Bu 
əsərdə həm də ölümdən sonrakı həyatın mə‟nasız olduğu bildirilirdi. 
Qədim Misirdə və Babilistanda yaranmış ilkin fəlsəfi təsəvvürlər 
əlbəttə 
bu günkü səviyyədən 
yanaşdıqda
bir qədər sadəlövh görünə 
bilər
. Lakin nəzərdən qaçırmaq olmaz ki, bu fikirlər təxminən dörd min 
bundan əvvəl irəli sürülmüşdür. Onlar öz 
dövrünə görə çox böyük 
nailiyyətlər idi
. Təsadüfi deyildir ki, ilk nəzərdə adi təəssürat yaradan bu 
ideyalar sonralar 
qərbdə və bütövlükdə dünya miqyasında fəlsəfi fikrin 
və mədəniyyətin inkişafının özülü rolunu oynamışdır. 
Tarixi və fəlsəfi araşdırmalar sübut edir ki, qədim mədəniyyətin və 
fəlsəfi fikrin ilk məskənlərindən biri də 
Azərbaycan 
olmuşdur. Əlverişli 
təbii və coğrafi şəraitə malik olması üzündən Azərbaycan tarixən 
insanların ilk yaşayış ərazilərindəndir. Son dövrlərdə belə bir fikir geniş 
yayılmışdır ki, yaxın şərqin ilk abidələrindən olan 
«Avesta» 
özündə həm 
də qədim azərbaycanlıların fəlsəfi- dini təsəvvürlərini ifadə edir. Qədimdə 
yaxın şərq ölkələri xalqlarının dünyagörüşü atəşpərəstlik olmuşdur. Bu isə 
zərdüştilik dini təsəvvürlərinə əsaslanırdı. Onun əsasını qoyanlardan biri- 
Zərdüştün azərbaycanlı olması fikri on dövrlərdə geniş yayılmışdır. Həmin 
dövrün (ə.ə. VI- V əsrlər) ən böyük abidəsi olan 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin