Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Nəhayət sosial sistem özünün açıq xarakter daşıması ilə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə406/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   402   403   404   405   406   407   408   409   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Nəhayət
sosial sistem özünün açıq xarakter daşıması ilə 
səciyyələnir
. O qapalı deyildir. Sosial sistemin açıq olması o deməkdir ki, 
cəmiyyət daim ətraf mühit ilə maddələr, enerji və informasiya 
mübadiləsində olur. Buna görə də ictimai sistem qeyri- müvazinət 
vəziyyətində olan sistemlərdəndir. Onun qeyri- müvazinət xarakteri həm 
də bunda ifadə olunur ki, sosial sistemə daxil olan yarımsistemlər və 
tərəflər öz səviyyəsinə görə eyni deyildir. Onlar arasında müəyyən fərqlər 
və dialektik ziddiyyətlər mövcuddur. Sosial sistemin açıq xarakteri və 
qeyri- müvazinətli olması onun əbədi həyatını tə„min edir. Başqa sözlə 
deyilsə, kainatın istilik ölümü nəzəriyyəsi nəinki təkcə dünyaya 
münasibətdə, həm də cəmiyyətə münasibətdə əsassızdır. Çünki sosial sis-
temin açıqlığı və qeyri- müvazinətliyi burada entropiyanın toplanmasına 
imkan vermir. Ətraf mühit və kosmos ilə daim qarşılıqlı tə„sir sayəsində 
burada fasiləsiz olaraq neqentropik (entropiyaya qarşı) proseslər baş verir. 
Cəmiyyətə bir qədər dərindən nəzər yetirdikdə mə„lum olur ki, 
ictimai həyatın bütün zahiri rəngarəng hadisələri arxasında 
insanların birgə fəaliyyətinin bu və ya digər növü durur. Məhz insan 
fəaliyyəti sosial həyatın gizli, mahiyyət xarkterli tərəfini ifadə edir

Sosial fəlsəfə öyrədir ki, bütün ictimai münasibətlərin çıxış nöqtəsi 
insanların sosial fəaliyyətidir. Əslində cəmiyyət dedikdə ətraf dünyaya 
aktiv münasibətin insana məxsus spesifik forması başa düşülür. Onun əsas 
məzmununu real dünyanın məqsədyönlü şəkildə mə„nalandırılması, 
dəyişdirilməsi və yenidən yaradılması təşkil edir.
Fəaliyyətin strukturunda mərkəzi yeri insan tutur. Insansız fəaliyyət 
yoxdur, o fəaliyyətin subyektidir. Fəaliyyətdə subyekt ilə yanaşı obyekt də 
çox mühümdür. Obyekt həm əşya və predmetlər, həm də insan formasında 
çıxış edə bilir. Sonunculara misal olaraq həkimin, müəllimin və bir sıra 
başqa peşə sahiblərinin fəaliyyətinin yönəldiyi tərəfləri göstərmək olar. 
Fəaliyyətin obyekti öz məzmununa görə mürəkkəbdir. Burada maddi və 
mə„nəvi istehsal alət və vasitələri (dəzgahlar, müxtəlif qurğu və 


363 
avadanlıqlar, habelə qələm, makina, kompüter, çap maşınları və sair) əsas 
yeri tutur. Fəaliyyət obyektinin məzmununa həm də dil (səsli şifahi və 
yazılı nitq), informasiyanın maddi daşıyıcıları (maqnit lenti, disket, şəkil,
sxem və s.), simvol və işarələr daxildir. Sosial fəaliyyətin baş verməsi 
üçün yuxarıda göstərilən tərəflərin əlaqələrdə və münasibətlərdə olması 
tələb olunur. 
Beləliklə 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   402   403   404   405   406   407   408   409   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin