Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


sosial fəaliyyət aşağıdakı dörd ünsürdən təşkil olunur



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə407/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   403   404   405   406   407   408   409   410   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

sosial fəaliyyət aşağıdakı dörd ünsürdən təşkil olunur: 
insanlar, fiziki əşyalar, simvollar və əlaqələr. Sosial fəaliyyət öz 
məzmununa görə aşağıdakı əsas sahələrə ayrılır: maddi fəaliyyət, 
mə„nəvi fəaliyyət, idarəetmə fəaliyyəti və xidmət sahəsi.
Insan fəaliyyətinin müstəsna dərəcədə böyük rol oynadığı şəksizdir. 
Lakin bu rol həddən artıq şişirdildikdə cəmiyyətdə mövcud olan real 
çoxtərəfli, mürəkkəb və çoxölçülü xarakter daşıyan sosial qarşılıqlı tə„sirin 
əhəmiyyəti bəsitləşir. Doğrudur, fəaliyyət sosial sistemdə sistemyaradıcı 
əhəmiyyət kəsb edir. Lakin o insanların mövcudluğunun yeganə əsas 
göstəricisi deyildir. 
Əvvəla
nəzərdə tutmaq lazımdır ki, sosial fəaliyyət, 
insanın aktivliyi özbaşına yaranmır. O insanların müxtəlif maddi və 
mə„nəvi tələbatları, mənafeləri, motivləri və dəyər oriyentasiyası əsasında 
baş verir. 
Digər tərəfdən
insanların fəaliyyəti bir çox hallarda onlar üçün 
gözlənilməz nəticələr verə bilir. Yə„ni bu fəaliyyət onların mənafelərinə 
zidd olan sosial münasibətlər, institutlar, siyasi və ideoloji hadisələr yara-
da bilir. 
Buradan aydın olur ki, 
sosial fəaliyyət ictimai həyatın əsasıdır. 
Amma ictimai həyat yalnız fəaliyyətdən ibarət deyildir
. Sosial həyat 
çoxölçülü xarakter daşıyır. O təkcə fəaliyyət növlərinin məcmusu demək 
deyildir. Burada müxtəlif aspektlər- sosial qrupların birləşməsi, müxtəlif 
ictimai təşkilatların strukturu və digər amillər də çox böyük rol oynayır. 
Bütöv orqanizm kimi götürülən cəmiyyət bir sıra xassələrə malik-
dir: özfəaliyyət (fəaliyyətin kənardan gətirilməməsi), öz- özünü təşkil 
etmək, özinkişaf (inkişaf mənbəyinin daxildə olması) və özü- özünə 
kifayət olması. Birinci üç əlamət həm bütövlükdə cəmiyyətə, həm də 
ayrılıqda onun hər bir sferasına və qruplarına aiddir. Dördüncü xassə isə 
yalnız bütöv bir tam kimi götürülən cəmiyyəti səciyyələndirir. Özünün 
özü üçün kifayət etməsi xassəsi o deməkdir ki, sistem öz fəaliyyəti ilə 
onun mövcudluğu üçün lazım olan şəraiti yarada və tələbatlarını ödəyə 
bilir. Bu keyfiyyət sosial sistemi onun ayrı- ayrı yarımsistemlərindən və 
tərəflərindən fərqləndirir. Başqa sözlə cəmiyyətin heç bir sahəsi, heç bir 
fəaliyyət növü ümumidən təcrid olunmuş halda normal yaşaya bilməz. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   403   404   405   406   407   408   409   410   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin