Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Deməli cəmiyyət özünün tam dolğunluğu ilə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə413/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   409   410   411   412   413   414   415   416   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Deməli cəmiyyət özünün tam dolğunluğu ilə 
subyekt ilə obyektin çulğaşması kimi çıxış edir. Ona görə də burada 
nəyinsə birinci və nəyinsə ikinci olduğunu iddia etmək doğru deyildir. 
Iqtisadi həyatın özü sözün müəyyən mə'nasında sosial prosesdir. Bu
prosesdə insanlar həm konkret bir təsərrüfatın bilavasitə nümayəndələri 
kimi, həm də dolayısı ilə ümumi təsərrüfat orqanizminin tərkib hissəsi 
kimi çıxış edirlər. 
Insanlar arasında istehsal prosesində qərarlaşan əlaqələr mürəkkəb 
struktur- funksional və çoxpilləli- tabelik sistemini yaradır. Istehsal 
münasibətləri adlanan bu sistemə mülkiyyət forması (istehsal vasitələrinə 
münasibətin forması) və insanlar arasında, yaradılmış ne'mətlərin bölgüsü, 
mübadilə və istehlakı prosesində qərarlaşan münasibətlər daxil edilir. 
Həmin sistem bundan əlavə əmək bölgüsünü ifadə edən istehsalın 
ixtisaslaşmasını, idarəçilik münasibətlərini (əməkdaşlıq və tabelilik), 
habelə insanların daxil olduğu bəzi digər münasibətləri də əhatə edir. 
Məsələn müasir istehsalda idarə etmə sisteminin rolu artdıqca kadrların 
malik olduğu şəxsi keyfiyyətlər (qabiliyyəti, təcrübəsi, mənafeləri) ilə 
1
Bax: Ананьин О.И. Экономическая теория: кризис парадигмы и судьба 
научного сообщества. М.,1992, с.12. 


370 
istehsalın ehtiyaclarını nəzərə almaqla aparılan kadrların seçilməsi və 
yerləşdirilməsi sahəsində yaranan münasibətlər mühüm əhəmiyyət kəsb 
edir. Beləliklə iqtisadi münasibətlər sistemi çox geniş məzmuna malikdir. 
Burada ayrı- ayrı istehsalçıların fərdi münasibətlərindən tutmuş istehsal 
vasitələrinə olan münasibətə qədər çox şey əhatə olunur. 
Təbiətdə fasiləsiz olaraq maddələrin çevrilməsi və dəyişilməsi pro-
sesi gedir. Eynilə də 
cəmiyyətdə ictimai sərvətin dövredici hərəkəti baş 
verir. Məhz onun sayəsində insanların həyat fəaliyyətləri tə'min olu-

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   409   410   411   412   413   414   415   416   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin