Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Cəmiyyətin siyasi həyatı insanların siyasi fəaliyyəti və bu



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə458/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   454   455   456   457   458   459   460   461   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Cəmiyyətin siyasi həyatı insanların siyasi fəaliyyəti və bu 
prosesdə qərarlaşan əlaqələri əks etdirir.
Burada cəmiyyətdəki müxtəlif 
sosial qüvvələrin siyasi hakimiyyətə münasibəti üzrə olan fəaliyyəti əsas 
yer tutur. Səciyyəvi cəhət budur ki, siyasi fəaliyyətdə hər bir sosial qrup 
özünün siyasi mənafelərini reallaşdırmağa çalışır. 
Siyasi fəaliyyət prosesində insanlar arasında siyasi münasibətlər və 
əlaqələr formalaşır. Bu fəaliyyət gedişində siyasi təşkilatlar, partiyalar 
meydana çıxır, siyasi ideyalar və nəzəriyyələr yaranır. 
Ümumilikdə siyasət dedikdə ictimai həyatın müxtəlif sferalarının 
dövlət tərəfindən həyata keçirilən hökmranlıq və tabelik münasibətləri 
vasitəsilə idarə olunması başa düşülür. Siyasətin məzmunu dövlət 
işlərində, onun əsas istiqamətlərinin müəyyən olunmasında iştirakı əhatə 
edir. Buraya habelə dövlətin fəaliyyətinin mahiyyətinin, formaları və 
vəzifələrinin müəyyən edilməsində iştirak daxildir. 
Siyasətin məqsədi müəyyən sosial təbəqələr və siniflər üçün, habelə 
bütövlükdə cəmiyyət üçün məqbul hesab edilən hakimiyyəti həyata 
keçirmə şəraiti və üsullarını işləyib hazırlamaqdır. Onun mərkəzində siya-
si hakimiyyət məsələsi durur. Sonuncu mürəkkəb məzmuna malik olub 
dövlət aparatını, siyasi partiyaları və hərəkatları, həmkarların və digər ic-
timai- siyasi təşkilatların məcmusunu əhatə edir. 


412 
Siyasət və siyasi fəaliyyət çətin və incə sahədir. O daim elmin 
nailiyyətlərinə arxalanmağı tələb edir. 
Siyasi fəaliyyətin strukturunda ümumi şəkildə 
aşağıdakı üç əsas 
momenti göstərmək olar: birinci
cəmiyyətin mövcud mərhələsindəki 
bütün imkanları və sosial qüvvələrin nisbətini nəzərə almaqla yaxın və 
perspektiv məqsəd və vəzifələr işləyib hazırlamaq məharəti; 
ikinci,
qarşıya qoyulmuş məqsədlərə nail olmağın effektiv metodlarını, 
vasitələrini və sosial qüvvələrin təşkili formalarını müəyyənləşdirmək. 
Üçüncü, 
qarşıya qoyulmuş vəzifələri həll edə biləcək kadrları seçmək və 
yerləşdirmək. 
Siyasətin səciyyəvi əlamətləri aşağıdakılardır: o universal, hərtərəfli 
xarakter daşıyır; dövlətlə bağlı olduğu üçün ictimai həyatın bütün 
tərəflərinə güclü tə
'
sir göstərir. Siyasət mövcud cəmiyyətdəki 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   454   455   456   457   458   459   460   461   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin