44
fəlsəfi sistemlərdə nəzəriyyə ilə dünyagörüşü məsələləri bir- birilə sıx
bağlı olurdu.
Qədim Yunan fəlsəfəsi uzun bir tarixi dövrü (e.ə. VI əsrdən
başlayaraq eramızın V əsrinə qədər) əhatə edir. Özünün mövcud olduğu
min ilə yaxın müddət ərzində o öz məzmunu və həll etdiyi məsələlərin
xarakteri baxımından eyni olmamışdır. Bu baxımdan antik fəlsəfə
aşağıdakı mərhələlərə ayrılır:
Birinci mərhələ Sokrataqədərki fəlsəfə
(erkən naturfəlsəfə) adlanır (e.ə. VI-V əsrlərdə mövcud olmuş Milet,
Eleya və Efes məktəbləri). Bu mərhələ fəlsəfənin təşəkkülü dövrü idi.
Fəlsəfi məktəblərin əsas diqqəti dünya binasının əsasını axtarıb tapmağa
yönəlmişdi. Buna görə də həmin dövrdə
naturfəlsəfə
(təbiət fəlsəfəsi)
üstünlük təşkil edirdi. Ümumiyyətlə qədim yunan fəlsəfəsi üçün səciyyəvi
olan
Dostları ilə paylaş: