intellektual biliyə keçid ilk növbədə pifaqorçuların tə‟limində (eramızdan əvvəl VI əsrin II yarısında) baş verdi. Bu tə‟lim hər
şeyin əsasını ədədlərdə görürdü. Eleya məktəbi (VI əsrin sonu və V əsrin
əvvəli) nümayəndələri (Ksenofon, Parmenid, Zenon və başqaları) varlıq
anlayışını özü- özlüyündə heç nədən asılı olmadan götürürdülər. Məsələn,
Parmenid qeyd edirdi ki, varlıq o şeydir ki, onu hiss üzvləri vasitəsilə
deyil, yalnız zəka vasitəsilə dərk etmək olar. Deməli varlığın ən mühüm
keyfiyyəti onun zəkaya müyəssər olmasıdır.
Onun fikrincə insanın hissi qavrayışı ancaq dəyişkən, müvəqqəti, xarakter daşıyan şeyləri öyrənə bilər .
Əbədi olanı, dəyişilməyəni yalnız təfəkkür anlaya bilər .
Parmenidə görə bizim gördüyümüz, hiss etdiyimiz, toxunduğumuz şeylər
əslində mövcud deyildir, görünməyən, hiss edilməyən dünya mövcuddur,
çünki yalnız onu ziddiyyətsiz düşünmək olar. Bu qədim yunan
fəlsəfəsində rasionalizmin, zəkaya inamın aydın nümunəsi idi. Məhz
Eleya məktəbi ilk dəfə olaraq zəka ilə, dərk olunan ilə hissi dünyanı bir-
birindən qəti fərqləndirmiş,
biliyi rə‟yə qarşı, yə‟ni adi gündəlik təsəvvürlərə qarşı qoymuşdur.
Antik dövrün dialektikası da bir yerdə dayanıb durmamış, inkişaf
etmşdir. Burada ziddiyyət tə‟liminin anlaşılması
Zenonun aporiyaları (çətinlik, çıxılmaz vəziyyət deməkdir) ilə bağlıdır. Zenon öz aporiyaları
vasitəsilə varlığın vahid və hərəkətsiz olduğunu sübut etməyə çalışırdı. O
göstərirdi ki, çoxluğu və hərəkəti ziddiyyətsiz anlamaq mümkün deyildir.
Buna görə də onlar varlığın mahiyyətini ifadə etmir. O, özünün dörd
aporiyasında («Dixotomiya», «Axilles və tısbağa», «Ox» və «Buğda
dənəsi») müxtəlif formalarda olsa da, eyni bir nəticəni irəli sürür:
hərəkəti