47
yaradılan
məntiq sistemi- sillogistika əvvəlcədən mə‟lum olan
hökmlərə
əsasən əqli nəticə vasitəsilə yeni həqiqi nəticələr çıxarmağın
qaydalarını göstərir.
Aristotelin yaratdığı formal məntiq bir çox əsrlər
boyu elmi sübutlar əldə etməyin başlıca vasitəsi rolunu oynamışdır.
Qədim Yunan fəlsəfəsində varlıq haqqında tə‟limin mühüm tərəfi
kimi materiyanın izahına da xeyli yer verilmişdir.
Materiya anlayışını ilk
dəfə Platon işlətmişdir
. O, bu anlayışın köməyi ilə hissi dünyanın
rəngarəngliyi səbəbini aydınlaşdırmağa cəhd göstərirdi. Platona görə əgər
ideya dəyişməz
və özü- özünün eynidirsə, materiya dəyişkəndir. Buna
görə də materiyanın müəyyənliyi yoxdur və o dərk edilməzdir. Hissi
dünyanın cisim və hadisələri məhz onların maddiliyi üzündən elmi biliyin
predmeti ola bilməz. Onun fikrincə materiya
formasız qeyri-
müəyyənlikdir, necə deyərlər imkandır, gerçəklik deyildir
. Belə başa
düşülən materiyanı o bütün həndəsi fiqurları yaratmaq imkanı verən
məkan ilə eyniləşdirirdi. Aristotel Platonun materiya ilə məkanın eyniliyi
fikrini qəbul etməmişdir. Lakin
o da göstərirdi ki, materiya imkan şəklində
mövcuddur. Bu imkandan gerçəkliyin əmələ gəlməsi üçün
Dostları ilə paylaş: