Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə57/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

üçüncü tipdən olan insanlar 
Platona görə fiziki əməklə məşğul olmalıdır
, çünki onlar əvvəldən də 
fiziki dünyaya çox yaxındırlar. Bunlar dövləti maddi cəhətdən tə‟min 
etməli olan kəndlilər və sənətkarlardır. 
Bununla yanaşı Platon hər üç təbəqə üçün ümumi olan xeyirxahlığı 
çox yüksək qiymətləndirir, onu ölçü adlandırırdı. Platon da yunan 
filosoflarının əksəriyyəti kimi belə bir prinsip irəli sürürdü: hər şeydə ölçü 
həddi gözlənilməlidir 
Qədim yunan fəlsəfəsində 
insan probleminə verilən geniş yer 
Aristotelin fəlsəfi tə‟limində daha aydın ifadə olunmuşdur. 
Aristotel göstərirdi ki, dövlətin ən yüksək məqsədi xeyirxah və 
xoşbəxt həyat yaratmaqdır. O insanı zəkaya malik olan ictimai heyvan 
adlandırırdı. Bununda da belə bir cəhəti xüsusi qeyd edirdi ki, insan öz 
təbiəti e'tibarilə ümumi, birgəyaşayış tələb edir. Yalnız belə şəraitdə 
insanları 
əxlaqi mövcudluqlar kimi formalaşdırmaq və tərbiyə etmək 
mümkündür. Aristotelə görə bu cür tərbiyə işi ancaq ədalətli dövlətdə 
həyata keçirilə bilər. Çünki bir tərəfdən, həqiqi ədalət, yaxşı qanunların 
mövcudluğu, onlara riayət edilməsi, insanı təkmilləşdirir və onda xeyirxah 
əsasların inkişafına müsbət tə'sir göstərir. Digər tərəfdən dövlətin özünün 
məqsədi insanlar üçün mükəmməl və xoşbəxt həyat şəraiti yaratmaqdır.
Platon kimi Aristotel də qullara nifrətlə yanaşır, onları dövlətin 
vətəndaşları hesab etmirdi. O göstərirdi ki, insanlar təbiətən, anadangəlmə 
qeyri-bərabərdirlər. Onların bir qismi öz hərəkətləri üçün cavabdehlik 
iqtidarında deyildir, özü-özünə sahiblik edə bilmir. Belələri özündə 
yumşaqlıq, özünüməhdudlaşdırma, ədalət və digər xeyirxah keyfiyyətlər 
tərbiyə etmirlər. Bunlar təbiətən quldurlar və yalnız özgələrinin iradəsini 
həyata keçirə bilərlər.
Aristotel həm də Platonun ruh haqqında tə'liminə müəyyən 
dəyişikliklər etmişdir. O ruhu həyatın başlanğıcı kimi götürərək, onu 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin