Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


müxtəlif səviyyələrə-bitki ruhu, heyvan ruhu və zəkalı ruha ayırır



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə58/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

müxtəlif səviyyələrə-bitki ruhu, heyvan ruhu və zəkalı ruha ayırır

Aristotelə görə bitki ruhu ən aşağı ruhdur. O bütünlükdə canlılar aləminə 
xas olan qidalanma, böyümə və çoxalma funksiyalarını yerinə yetirir. 
Heyvanat ruhunda bu funksiyalara hiss etmə (duyğu) 
və onunla 
birlikdə istək-yə'ni özü üçün xoş gələnə meyl etmə və xoş gəlməyəndən 
kənara qaçmaq qabiliyyəti də əlavə olunur. 
Zəkalı ruh isə yalnız insana 
məxsusdur.
Onda bitki və heyvanlarla ümumi olan cəhətlərlə yanaşı ən 
yüksək qabiliyyət- 
mühakimə etmək və fikirləşmək 
(təfəkkür) 
qabiliyyəti vardır. Aristotel Platondan fərqli olaraq bədənə şər və 
bədxahlıq mənbəyi kimi yanaşmır. Əksinə o, materiyaya, bədənə həyatın 
daha yüksək formalarını yaratmaq üçün əsas rolunu oynayan bitərəf sub-


52 
strat kimi baxır. Lakin o zəkanın bədəndən asılı olmadığını göstərirdi. 
Onun fikrincə yalnız zəka əbədi və dəyişməz xarakterə malik olduğu üçün 
əbədi varlığı dərk edə bilir. Məhz zəka materiyadan tam azad olan ən 
yüksək formanın mahiyyətini təşkil edir. Bu forma Aristotelə görə əbədi 
mühərrik rolunu oynayır. Xalis təfəkkürdür və dünyada hər şey ona can 
atır, onun eşqi ilə yaşayır. Aristotel bu yüksək zəkanı fəal yaradıcı 
adlandırır və onu yalnız qavramağı bacaran passiv zəkadan fərqləndirirdi.
Fərdi ruhun ölməzliyi imkanlarını izah edərkən Aristotel göstərirdi 
ki, 
insanda yalnız zəka ölməzdir. Bədən öldükdən sonra zəka 
kainatdakı ümumi zəka ilə qovuşur.
Yunan fəlsəfəsini 
klassik dövrü Aristotellə başa çatır
. Qədim 
şəhər dövlətlərinin (polislərin) daxilində dağılma baş verdikcə onların 
müstəqilliyi də tədricən zəifləyir. 
Ellinizm dövründə (bizim eramızdan 
əvvəl IV əsrdən- eramızın V əsrinədək) əvvəlcə Makedoniyanın işğalı, 
sonra isə yunan şəhərlərinin Romaya tabe edildiyi dövrdə fəlsəfənin
dünyagörüşü oriyentasiyası da dəyişilir. Onun maraq dairəsi getdikcə daha 
çox ayrıca bir insanın həyatı məsələlərində mərkəzləşir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin