54
III FƏSIL
ORTA ƏSRLƏRDƏ QƏRBDƏ FƏLSƏFI FIKIR
1. Orta əsrlər qərb fəlsəfəsinin yaranması
və xüsusiyyətləri
Orta əsrlərdə fəlsəfi fikir feodalizm quruluşuna əsaslanırdı. Bu dövr
V- XV əsrləri əhatə edir. O, öz məzmununa görə xeyli dərəcədə genişdir
və aşağıdakı mərhələlərə ayrılır:
1)
patristika
(ata deməkdir)- II- VIII əsrləri əhatə edir. Bu dövrdə
başlıca yeri kilsə ehkamlarının yaradılması və
təbliği tutmuşdur; 2)
sxolas-
tika mərhələsi- VIII- XV əsrləri
əhatə edir. Həmin mərhələ dini zəmində
olsa da, mövcudluq və mahiyyət, ümumi ilə təkcənin münasibəti, idrak və
məntiq məsələləri üzrə geniş mübahisələrin aparılması ilə səciyyələnir.
Orta əsrlər fəlsəfəsinin formalaşması eramızın
I- IV əsrlərində baş
vermişdir. Bu yüzilliklər ərzində qədim yunan fəlsəfəsinin tə‟limləri
(stoiklər, epikürçülər, neoplatonçular və s.) ilə
formalaşmaqda olan yeni
təfəkkür arasında kəskin mübarizə getmişdir
. Bununla yanaşı orta
əsrlərin ilahiyyat tə‟limi və fəlsəfəsi müəyyən
hallarda özündə antik
dövrün fəlsəfi tə‟limlərini (onların mahiyyətini təhrif etməklə) də assimi-
lyasiya etmişdir.
Əgər
qədim fəlsəfə
bütpərəst xarakterli çoxallahlıqla bağlı
olmuşdursa, orta əsrlərdə
fəlsəfi fikrin kökləri
təkallahlılıq dininə
Dostları ilə paylaş: