digər səciyyəvi cəhəti antik fəlsəfəyə xas olan du- alizmin (bir tərəfdə ideya və formaların, digər tərəfdə isə materiyanın)
aradan qaldırılmasıdır . Orta əsrlərdə onun
yerini monizm prinsipi tu- tur . Bu prinsip e‟lan edir ki, yalnız bir mütləq başlanğıc vardır, o da
allahdır, Yerdə qalan hər şey onun tərəfindən yaradılmışdır. Allah
əbədidir, dəyişməzdir, heç nədən asılı deyildir və bütün mövcudluqların
mənbəyidir. Məsələn,
xristian filosofu Mömin Avqustin (354- 430- cu
illər) göstərirdi ki, allah ən yüksək varlıq, ali substansiya, ali forma (qeyri-
maddi forma) və ali xeyirxahlıq deməkdir. O, bunu söyləyərkən Vetxi
Zavetdə allahın özü haqqında demiş olduğu aşağıdakı fikrə əsaslanırdı:
«Mən ali mövcudluğam». Allahdan fərqli olaraq onun yaratdığı dünya
müstəqil deyildir, çünki başqasının sayəsində mövcuddur. Dünyada olan
bütün şeylərin qeyri- sabitliyi, müvəqqəti və dəyişkən xarakteri buradan
irəli gəlir. Xristian allahı özü- özlüyündə dərk oluna bilməz. Bununla belə
müqəddəs Bibliya kitablarında o özünü insanlar üçün aşkar edir. Buna
görə həmin kitabların mətnlərini mənimsəmək allahı başa düşməyin əsas
yoludur. Beləliklə göstərilirdi ki, ilahi varlıq haqqında
biliyi yalnız fövqəltəbii yol ilə (e‟tiqad vasitəsilə) əldə etmək olar .
Kilsə ehkamlarına görə insan ilahi varlığı dərk edə bilməsə də
yaradılan dünyanı müəyyən qədər (əlbəttə tamamilə yox) anlaya bilər.
Bütövlükdə göstərilməlidir ki, orta əsrlərin fəlsəfəsi
xristianlıq vəhyi və antik fəlsəfi ən‟ənələrin sintezi kimi yaranmışdır .
Birinci ən‟ənənin tərəfdarları allahın şəxsində hər şeydən əvvəl yüksək zəkanı
görməyə meyl edirdilər (buna görə də onlar antik platonçulara yaxın
idilər).
Ikinci ən‟ənə allahın yüksək iradəsini və qüdrətini xüsusi qeyd
edirdi.