58
dan daha çox yaxındır. Həm də onun fikrincə mahiyyəti hiss üzvləri deyil,
yalnız ağıl dərk edə bilər. Deməli, burada zəkaya üstün yer verilirdi.
Nominalizmdə isə ilahinin hər şeyə qadir qüvvə olması ideyası əsas yeri
tutur, yaradılan hər şey allahın iradəsinin nəticəsi hesab edilirdi. Bu
məsələdə nominalistlər Duns Skotun (1266- 1308) tə‟liminə arxalanırdılar.
O isə göstərirdi ki, zəka iradədən asılıdır, allahın iradəsi hər cür varlığın
səbəbidir. Allahın yaratmaq istədiyi müxtəlif mahiyyətlər onun iradəsində
mövcuddur. Ondan sonra gələn nominalist U.Okkam isə mahiyyət
anlayışının özünü ləğv etdi. Beləliklə də onun ilahinin ağlında mövcud
olması tezisi rədd olundu.
Dostları ilə paylaş: