59
əsrdə qismən dəyişilir. Digər tərəfdən, təbiət hadisələri izah edilərkən on-
lar özü- özlüyündə deyil, yüksək, dini- əxlaqi reallığa yol göstərən və on-
dan nəşət tapan simvollar kimi qələmə verilirdi. Orta əsr təbiət
təfəkkürünün bu cür simvolik və alleqorik xarakteri müqəddəs dini kitab-
lar vasitəsilə tə‟lim edilir, son dərəcə incə və çevik metodlarla təlqin olu-
nurdu. Aydındır ki,
bu hal təbiətin elmi dərk olunmasına az kömək
edirdi
. Yalnız orta əsrlərin son dövründə təbiəti müstəqil obyekt kimi
öyrənməyə maraq artmışdı. Bu
da öz növbəsində astronomiya, fizika və
biologiya elmlərinin inkişafına təkan verdi.
3. Insan haqqında tə‟lim
Orta
əsrlərin mütəfəkkirləri
insan və onun mahiyyət haqqında
çoxlu fikirlər
irəli sürmüşlər. Lakin onlar nə
qədər rəngarəng olsalar da
iki müqəddəm şərtə əsaslanırdı
: 1)
insanın mahiyyətinin «allahın
obrazı və bənzəri»
kimi müəyyən edilməsi; 2)
insanın «zəkalı heyvan»
kimi anlaşılması. Məhz bu mövqelərdən çıxış edərək filosoflar insanda
zəkanın, yoxsa heyvani tərəflərin üstün olması, insan üçün hansı
keyfiyyətlərin
zəruriliyi, zəkanın və həyatın mahiyyəti məsələlərini izah
edirdilər. Onlar belə bir suala cavab verməyə çalışırdılar:
əgər insan
allahın surəti və bənzəridirsə, onda
allahın hansı keyfiyyətləri insan
təbiətinin mahiyyətini təşkil edir
. Çünki aydındır ki, allahın sonsuzluğu,
başlanğıcının olmaması, hər şeyə qadir olmaq kimi keyfiyyətləri insana
aid edilə bilməzdi.
Orta əsr xristian filosoflarının antropologiyası üçün səciyyəvi cəhət
Dostları ilə paylaş: