Xristianlıq yaranana qədər ilahi ilə insanın prinsipial şəkildə bir- birindən fərqli olması, buna görə də iki əsasın birləşdirilə bilməyəcəyi haqqında təsəvvür mövcud idi. Xristian antropologiyasının digər bir əsas
ehkamı insanın öləndən sonra yenidən dirilməsidir . Ruhun ölməzliyi haqqında, yə‟ni bədən
öldükdən sonra ruhun başqa bədənə köçdüyü haqqında əvvəlki
bütpərəstlik təsəvvürlərinin əksinə olaraq, orta əsrlərdə belə bir fikir
yaranır ki, ölmüş insan müəyyən vaxt keçdikdən sonra bütöv şəkildə öz
bədəni ilə yenidən diriləcəkdir. Bu təsəvvür təsadüfi deyildi, çünki
xristianlığa görə ruh bədəndən ayrılıqda mövcud ola bilməz.
Xristian ehkamlarını sistem şəklinə salmağa və buna əsaslanaraq
insan haqqında tə‟lim yaratmağa cəhd göstərən ilk filosof Origen (III əsr) olmuşdur . O göstərirdi ki,
insan ruhdan, qəlbdən və bədəndən ibarətdir . Ruh insanın özünə mənsub deyildir, ona allah tərəfindən
bəxşeyiş verilmişdir. O daim yaxşılığa və həqiqətə can atır. Qəlb isə
insanın öz «Mən»ini təşkil edir. O insanda fərdiliyin əsasıdır. Öz təbiətinə
görə
qəlb ruha, bədən isə qəlbə tabe olmalıdır . Lakin qəlbin ikiləşmiş
xarakterdə olması, xeyir ilə arasında tərəddüq etməsi üzündən onun aşağı
səviyyəsi tez- tez yuxarı səviyyə üzərində üstünlük təşkil edir. Beləliklə
insanı öz istək və ehtiraslarının ardınca getməyə sövq edir. Bu hal vərdiş,
adət şəklini aldıqca, insan günahkar mövcudat olur. Yə‟ni ilahinin
yaratdığı təbii qaydanı tərsinə çevirir, yüksək olanı aşağıya tabe edir və
beləliklə də dünyada yamanlıq yaranır. Deməli yamanlıq allahdan, təbiətin
özündən və bədəndən irəli gəlmir. Onu insanın özü yaradır, daha dəqiq
deyilsə yamanlıq allahın insana bəxşeyiş
verdiyi azadlıqdan sui- istifadənin nəticəsidir .
Deyilənlərlə yanaşı orta əsrlər qərb fəlsəfəsində