«müqəddəs kosmos» anlayışı, «müqəddəs tarix» anlayışı ilə əvəz olundu . Bu təsadüfi deyildi ki, çünki
allahın insan Iusus kimi təcəssüm etməsi hadisəsini yalnız bütün əvvəlki
tarixi gedişatdan çıxış etməklə başa düşmək mümkün idi. Bundan əlavə
xristianlıq öyrədirdi ki, dindarların xilas ediləcəyi gün, yə‟ni günahlarla
dolu olan dünyanın məhv ediləcəyi gün gələcəkdir. Onun yerində
dindarların uzun dövrlü hökmranlığı qərarlaşacaqdır. Qiyamət günü
haqqında bu baxışda tarix hadisə kimi mə‟nalandırılırdı. Orta əsrlər
təfəkküründə tarixin sonu haqqında esxatoloji (yunanca axırıncı, sonuncu
deməkdir) təsəvvür də filosofları tarixin mə‟nasını açmağa diqqət
göstərməyə sövq etdi. Nəticədə müqəddəs kitabları, orada yazılanları
öyrənməyin, tarixi mətnləri izah etməyin xüsusi metodu- hermenevtika
meydana gəldi.
Tarixə əsl sakral (müqəddəs) reallıq kimi maraq göstərilməsi,
insanın mə‟nəvi həyatına, daxili dünyasına xüsusi diqqət yetirilməsi ilə
birləşərək tarixi yaddaşın təhlilinə təkan verdi. Təsadüfi deyildir ki, yunan
filosofları vaxt anlayışına kosmosun həyatı prizması vasitəsilə baxır və
onu həmişə səma cisimlərinin hərəkəti ilə əlaqələndirirdilər. Avqustin isə
sübut etdi ki,
vaxt insan qəlbinin öz nailiyyətidir. Buna görə də kosmos və onun hərəkəti olmasa da, qəlb olan yerdə vaxt da mütləq özünü
göstərməlidir. Onun fikrincə vaxtı mümkün edən şərtlər insan qəlbində üç
əsas cəhətin olmasıdır. Bunlar
gələcəyə yönələn gözləmə, indiki dövrə yönələn diqqət və keçmişə yönəlmiş yaddaşdır. Lakin qeyd olunmalıdır ki, orta əsrlərdə tarix anlayışı «müqəddəs
hadisələr» çərçivəsinə daxil edilmişdi. Buna görə də o zamanın, tarixin
fövqündə duran reallıqların əks etdirilməsi kimi başa düşülürdü. Yalnız
intibah dövründə dünyəvi tarixi bu «müqəddəslik» qabığından azad etmək,
ona müstəqil reallıq kimi baxmaq cəhdləri meydana gəldi.