Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


tanınmış Yaqub əl-Kindi (801-872) hesab olunur



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə81/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

tanınmış Yaqub əl-Kindi (801-872) hesab olunur
. O 
Bağdadda tibb, fəlsəfə, məntiq, hesab, həndəsə, astronomiya və musiqi 
təhsili almışdır. Antik fəlsəfənin nümunələrini tərcümə və tədqiq etmişdir. 
Əl-Kindi münəccim kimi də şöhrət qazanmışdı. Biologiya və optika 
sahəsində apardığı tədqiqatlar onu təkcə Şərqdə deyil, həm də Qərbdə 
tanıtmışdır. 
O fəlsəfənin əsas vəzifəsini həqiqət əldə etməkdə görürdü

Yaxşı incan üçün həqiqətdən üstün heç nə yoxdur. Əl-Kindi rasionalist idi. 
Idrakın qayəsini fikrən allaha yaxınlaşmaqda görürdü. Onun fikrincə 
həqiqətə gedən yol ruhdan əqlə, oradan isə fəaliyyətə doğru yönəlir.
Əl-Kindi göstərirdi ki, hər şeyin yaradıcısı Allahdır. Aləmin əvvəli 
və sonu vardır. Onları allah müəyyən edir. Kainatdakı bütün şeylər səbəb-
nəticə əlaqələrindədir. Bu qanunauyğun ardıcıllığın özü də Allahın 
varlığını sübut edir. O özünün varlıq haqqında tə‟limində 
aləmi iki 
hissəyə ayırır
: 1) 
dörd ünsürün (torpağın, suyun, od və havanın) 


69 
müxtəlif nisbətdə birləşməsindən yaranan şeylərdən ibarət aləm

Yerdən başlayaraq Aya qədər hər şey buraya daxildir. Buradakı şeylər isti- 
soyuq, quru- yaş kimi bir- birinə zidd keyfiyyətlərə malikdir. Bu aləmdə 
əmələ gəlmə, dağılma kimi dəyişmələr gedir. Hərəkət düzxətlidir, lakin 
bütövlükdə aləmin hərəkəti dairəvidir. 2) 
Aydan o tərəfə dünyanın 
kənarına qədər olan aləmlər toplusudur
. Bu aləmdəki şeylərdə zidd 
keyfiyyətlər yoxdur. Onun fikrincə kainatın mərkəzində Yer kürəsi durur. 
Materiya, forma, məkan, zaman və hərəkət maddi şeylərin beş təməlidir. 
Materiya -maddə, forma- şeyin şəkli, məkan- onun yerləşdiyi yer, hərəkət- 
bir məkandan digərinə keçmək, zaman isə həmin keçidin müddəti 
deməkdir. O bədənsiz ideyaların mövcudluğunu qəbul edir və göstərirdi 
ki, ruh belə ideyaların mənbəyidir. Ruh bədəni tərk etdikdən sonra ayrıca 
ideya şəklində yaşayır.
Şərq peripatetizminin digər böyük nümayəndəsi türk mənşəli Orta 
Asiya filosofu 
Əl- Fərabi 
(870-950) olmuşdur. O, dövrünün aparıcı 
elmlərinə (natiqlik sənəti, məntiq, riyaziyyat, həndəsə və astronomiyaya) 
dərindən yiyələnmişdir. Səmani əmirinin də‟vəti ilə Buxara şəhərinə 
gəlmiş və burada ilk islam fəlsəfəsi ensiklopediyasını («Əl- Təlimus- Sa-
ni») yazmışdır. Həmin əsərə görə o «ikinci müəllim» adını qazanmışdır 
(birinci müəllim Aristotel hesab olunurdu). Sonra Hələb şəhərinə köçmüş 
və burada yaşayıb yaratmışdır. Onun yaradıcılığı 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin