Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


fikrincə Allah insanlara xeyir və şəri seçməkdə iradə azadlığı



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə84/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

fikrincə Allah insanlara xeyir və şəri seçməkdə iradə azadlığı 
verir 
və xeyri seçənlərə kömək edir. Ibn- Sina dinə yaxın filosof 
olmuşdur, din ilə fəlsəfənin müqayisəsində birinciyə üstünlük verirdi. 
Onun fikrincə iman əqli tamamlayır, o əqlin kəmalıdır. Ibn- Sinaya görə 
Allah təkdir, zəruri varlıqdır, sabitdir, əzəli və əbədidir. Maddi varlıq 
deyil, mə‟nəvidir, onun alternativi yoxdur. Ondan sonrakı yeri 
peyğəmbərlər tutur. 
Mə‟nəvi vəhy qabiliyyəti ilahidən gəlir və mələklər 
vasitəsilə peyğəmbərlərə ötürülür. 
Orta əsrlərdə ərəbdilli fəlsəfə təkcə yaxın şərq ölkələrinin hüdudları 
ilə məhdudlaşmamış, qərbə Əndəlusa (Ispaniya) qədər yayılmışdı. Bu 


71 
münasibətdə Ibn Rüşdün (Averroesin) (1126-1198) fəlsəfi görüşləri 
diqqətini cəlb edir. O, Əlcəzairdə və Kordovada yaşamışdır. Onun 
yaradıcığığı Qərb və Şərq fəlsəfəsi arasında bir növ körpü rolunu 
oynamışdır. Ibn- Rüşd tibb, fiqh, ilahiyyat, astronomiya və qramatika 
sahəsində bir sıra əsərlər yazmışdır. Onun fəlsəfəsində göstərilir ki, aləm 
ilkin materiyadan əmələ gəlmişdir. Materiya xəlq edilməyib, öz- özünə 
meydana gəlib, o yox olmur. Ibn- Rüşd dünyaya əbədi və zəruri proses 
kimi yanaşırdı. O maddi aləmi «mümkün olan varlıq» kimi anlamağı rədd 
edirdi. Onun fikrincə allahın varlığı materiyadan əvvəl deyildir. Allah 
yalnız materiyaya daxilən xas olan imkanı gerçəkliyə çevirmişdir. Ibn- 
Rüşdün irəli sürdüyü aşağıdakı üç ideya həmin dövrdə elmin din ilə 
mübarizəsini sübut edir: a) 
maddi dünyanın əbədiliyi 
b) 
aləmdəki bütün 
hadisələrin zərurən səbəbiyyət əlaqələrində olması
; v) 
fərdi olan hər 
şeyin, o cümlədən də insan ruhunun ölməsi
. O ruhun ölməzliyini və 
axirət dünyasını qəbul etmirdi. Onun fikrincə ölməzlik ayrıca bir insana 
deyil, bütövlükdə bəşəriyyətə xas olan keyfiyyətdir. Lakin o göstərirdi ki, 
həm də ümumi zəka ölməzdir. O bütün nəsillərin mə‟nəvi əlaqələrini 
təcəssüm etdirir. Ibn- Rüşdə görə zəka ayrıca bir insana məxsus deyildir. 
O bütün insanlarda eynidir. Bütün ayrı- ayrı insanlar bu ümumi zəkaya 
qovuşduqları dərəcədə zəkalı hesab olunurlar. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin