Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə82/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

müsəlman aləmində 
məşşailiyin (peripatetizmin) geniş yayıldığı dövrə təsadüf edirdi

Fərabiyə görə fəlsəfə təkcəni və ümumi aləmi öyrənən elmdir. Təbiət 
elmləri və humanitar elmlər həndəsənin və məntiqin nəzarəti altında 
olmalıdır. Fəlsəfəni öyrənmək istəyən hər bir şəxs əvvəlcə öz cismani 
tələbatını cilovlamalı, həqiqətə nail olmaq məqsədini qarşısına qoymalıdır. 
Əl- Fərabi göstərirdi ki, biliyin üç əsas mənbəyi vardır: 1) bilavasitə və 
doğru bilikdir, o duyğulardan və əqldən yaranır; 2) nəzəriyyə yürütmək 
yolu ilə vasitəli bilik (bu əql vasitəsilə əldə edilir); 3) müşahidə 
nəticəsində qazanılan bilikdir. O, Aristotelin «Orqanon» əsərini tərcümə 
etmiş, güclü məntiqçi olmuşdur. Əl- Fərabinin fikrincə məntiq elmi insanı 
fikri xətalardan qoruyur. 
Məntiqin üç bölümünü- anlayış, mühakimə 
(hökm) və əqli nəticəni, aşkar etmişdir
. Filosof atomist tə‟limi rədd 
edirdi. O, Aristotelin materiya və forma tə‟liminə haqq qazandırırdı. 
Fərabiyə görə gerçəkliyin zirvəsində zəruri varlıq (vacibül- vücud) olan 
allah durur. O öz- özünü dərk edir və gerçək aləmi yaradır. Yerdə qalan 
dünya (Allahdan başqa) mümkün olan dünyadır. O zəruri olan dünyanın 
törəməsidir. Deməli ona möhtacdır. Vacib (zəruri) varlığın isə heç nəyə 
ehtiyacı yoxdur. O dəyişməzdir, saf əqlin, kamilliyin mücəssəməsidir. O 
haqdır, lakin onu dərk etmək mümkün deyildir. 


70 
Əl- Fərabi özünün ictimai- siyasi görüşlərində Platonun 
ideal 
dövlət tə‟limini qəbul edir
, onu islam ilə uyğunlaşdırmağa çalışır. O, 
insanların dövlətdə birləşməsini təbii zərurət hesab edirdi. Fərabinin ideal 
dövləti bir nəfərin hökmranlığını nəzərdə tutur. Onun fikrincə hökmdar 
fiziki cəhətdən sağlam olmalı, natiqliyə, hafizəyə malik olmalı, həqiqəti 
sevməli, yalandan uzaq olmalıdır. O yemək içməkdə və digər arzularını 
həyata keçirməkdə normal həddi aşmamalıdır.
Şərq peripatetizmin görkəmli nümayəndəsi 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin