72
kitabxanalarını bəzəyir. Bu əsərlər 1851-ci ildə alman dilində, 1911-ci ildə
Qahirədə ərəb dilində çapdan çıxmışdır.
1
Bəhmənyar da digər peripatetiklər kimi varlığı
zəruri və mümkün
növlərə ayırır. Onun fikrincə mümkün varlıq da öz növbəsində iki
hissədən
ibarətdir
: 1)
substansiya (əl- cauhər)
2)
aksidensiya (əl-
arad).
O
göstərirdi ki, substansiya mahiyyətdir. Mahiyyəti olmayan heç
nə substansiya deyildir. Bəhmənyar öz sələfləri kimi mövcudatı bir sıra
mərtəbələrdən ibarət bilirdi. Onun fikrincə dünyanın zamanca başlanğıcı
yoxdur, o əzəli və əbədidir. O «Təhsil» kitabında
bu mərtəbələri belə
göstərirdi: ilk səbəb; ilk nəticə; materiya və formadan təşəkkül tapmış göy
sferaları; onlara aid planetlər;
fəal əqllər və nəfslər; nəhayət ünsürlər
aləmi.
Dostları ilə paylaş: