Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Işraqiliyin idraka münasibəti də maraq doğurur. Bu tə‟limə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə88/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Işraqiliyin idraka münasibəti də maraq doğurur. Bu tə‟limə 
görə fəlsəfə idraki səpkidə iki qismə ayrılır: birinci tədqiqi və sübuta 
əsaslanan fəlsəfə; ikinci, işıqlar aləminin sirrlərini açan vəhyi, ilahi 
fəlsəfə. 
Sührəvərdi düşüncəli nəfsin xarici dərkedici qüvvələrini beş 
duyğuda görürdü (toxunma, dadbilmə, iybilmə, eşitmə və görmə). Onun 
tə‟liminə görə hissi və əqli idrak vasitəsilə maddi aləmin şeyləri və 
hadisələri haqqında müəyyən biliklər əldə edilir. Intuitiv idrak isə insana 
işıqlar aləminin sirrlərini açır. Beləliklə də o mütləq həqiqəti aşkar edir. 
XIII əsr Azərbaycanında fəlsəfi və elmi fikrin ən böyük 
nümayəndəsi ensiklopedik bilik sahibi 
N.Tusi
(1201-1274) olmuşdur. O 
mükəmməl təhsil görmüş, həm də ictimai- siyasi həyatda fəal iştirak 
etmişdir. Hülakü xanın vəziri olmuşdur. Məntiqə, təbiyyata, metafizikaya, 
həndəsəyə, etikaya dair gözəl əsərlərin müəllifidir. Əsas əsərlərindən 
«Əxlaqi nasiri», «Kosmoqrafiyaya dair traktat», «Elxani astronomik 
cədvəl», «Mövcudatın bölgüsü və onun qisimləri» və başqalarını 
göstərmək olar. 
Tusi fəlsəfəni çox vaxt hikmət termini ilə əvəz edirdi

Göstərirdi ki, hikmət hər şeyi olduğu kimi dərk etməyə və hər şeyi 
lazımınca yerinə yetirməyə deyilir. Məhz hikmət sayəsində insanın 
mə‟nəviyyatı təkmilləşir və arzu olunan səviyyəyə yüksəlir. Özünün varlıq 
haqqında tə‟limində o peripatetiklərin fikirlərini davam etdirmişdir. Yə‟ni 
varlığı zəruri və mümkün növlərə ayırırdı. O, mümkün varlığı müfəssəl 
şərh etmişdir. Mümkün varlıq materiya, forma, cisim, əql və nəfsdən 
ibarət substansiyaya, habelə kəmiyyət, keyfiyyət, məkan, zaman və başqa 
kateqoriyalarda ifadə olunan aksidensiyaya bölünür. Filosof göstərirdi ki, 
cisimlər materiya və formadan təşəkkül tapmışdır. Od, hava, su və torpaq 
bəsit, onlardan əmələ gəlmiş minerallar, bitkilər və heyvanlar mürəkkəb 
cisimlərdir. O maddi aləmin məhvedilməzliyi, əzəliliyi və əbədiliyi 
ideyasına müsbət yanaşmışdır. Tusi maddi varlıqdakı dialektik inkişafın 
düzgün obyektiv mənzərəsini verə bilmişdir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin