Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə89/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Onun fikrincə dünyada heç 
bir şey tam şəkildə məhv olmur, o öz tərkibi və keyfiyyətləri ilə şərikli 
olan digər bir varlığa çevrilir. Tusi materiyanın hərəkəti üzərində 
geniş dayanmışdır
. O hərəkətə yalnız cismin mexaniki yerdəyişməsi kimi 


75 
baxmırdı. Onun kəmiyyətə, keyfiyyətə, məkana və vəziyyətə görə 
müxtəlif növlərini göstərmişdir.
1
Tusi dünyanın dərk olunmasının elmi izahını vermişdir. O 
göstərirdi ki, idrak şeylərin və hadisələrin insan şüurunda (nəfsində) pas-
siv in‟ikası deyil, onun dialektik ifadəsidir.
Onun ictimai siyasi və etik baxışları da çox maraqlıdır. Tusiyə görə 
insan daim kamilləşir. 
Kamillik isə onun fikrincə həm elmi cəhətdən, 
həm də əməli cəhətdən təkmilləşmə deməkdir
. O siyasətin 
(idarəetmənin) müxtəlif formalarını nəzərdən keçirmiş, fəzilətli siyasət ilə 
naqis siyasəti bir- birindən fərqləndirmişdir. 
4. Müsəlman şərqində sufizm, panteizm və hürufilik
Orta əsrlərdə Şərqdə 
sufilik
(təsəvvüf) daha geniş yayılmışdı. 
Deyildiyinə görə Məhəmməd peyğəmbərin 622- ci ildə Mədinəyə hicr 
edərkən tikdirdiyi ilk məsciddə ona sadiq olan bə‟zi evsiz- eşiksiz 
dindarların gecələməsi üçün bir damaltı (əs- suffa) düzəldilmişdi. Burada 
yaşayanlara sufilər deyirdilər. Başqa bir mə‟lumata görə sufi sözü qaba 
yun mə‟nasını verir. Guya sufilər e‟mal olunmamış qaba yundan uzun 
paltar geyir və tərkidünya həyat tərzi keçirirlərmiş. Əslində sufilik dini-
mistik cərəyan kimi VIII əsrin ortaları və IX əsrin əvvəllərində 
formalaşmışdır. Onun baniləri Bəsrə şəhərindən olan Əl-Bəsri və Rəbiyyə-
əl Ədəbiyyə olmuşdur. Məşhur sufi nəziyyəçiləri Əl-Həllac, Ibn Ata və 
başqaları qətlə yetirilmişdi. Sufilik son dərəcə müxtəlif ideya 
istiqamətlərini əhatə etmişdir. IX-X əsrlərdə sufilik islama qarşı yönəlmiş 
bidətçi cərəyan kimi çıxış etmişdir. Sufilər islamın «Allahdan başqa allah 
yoxdur» kəlamını dəyişdirib, «Məndən başqa mən yoxdur» şəklinə 
salmışlar. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin