Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Bəhmənyar da substansiyanı beş yerə bölürdü: materiya, for-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə86/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Bəhmənyar da substansiyanı beş yerə bölürdü: materiya, for-
ma, cisim, nəfs və əql
. Onun əsərlərində materiya ilə forma donuq şəkildə 
götürülmür. Onların bir- birinə keçə bilmələri qəbul edilir. Filosofa görə 
cisim materiyadan və mövcud formadan təşəkkül tapır. Cisim hiss (duyğu) 
ilə qavranılır. Buna görə də onun varlığını sübut etməyə ehtiyac qalmır. 
Ünsürlərdən və onların qarışığından əmələ gələn cisimləri 
o canlı varlıq 
və ya nəfs adlandırır. Nəfsin üç növü vardır: bitki, heyvan və insan

Insanı nəfs əqldən, yaxud düşünən qüvvədən ibarətdir.
Bəhmənyar idrakda hissi mərhələ ilə əqli mərhələni ayırırdı. Lakin 
onların bir- birilə bağlı olduğunu qeyd edirdi. O idraka elmi və əməli bilik 
əldə etməyin vasitəsi kimi baxırdı. Onun məntiq haqqında tə‟limi böyük 
əhəmiyyətə malikdir. Bəhmənyarın fikrincə məchul olan, sonra isə 
düşünməklə mə‟luma çevrilən axtarılanlar tə‟rif və sillogizm sayəsində 
tapılır. Onun anlayışların növləri, hökm, onun quruluşu və növləri, sillo-
gizm, analogiya haqqında fikirləri bu gün üçün də öz əhəmiyyətini 
itirməmişdir.
Bəhmənyarın fəlsəfi baxışları sonrakı dövrdə Azərbaycanda və 
bütün Şərqdə fəlsəfənin inkişafına güclü tə‟sir göstərmişdir. Orta əsrlərdə 
Azərbaycanın və müsəlman Şərqi ölkələrinin fəlsəfi fikrində 
E.Miyanəci
(1099-1131) mühüm rol oynamışdır. Hələ gənc yaşlarından azadfikirlilik 
üstündə islam xadimləri tərəfindən tə‟qib olunmuşdur. Onu kafir e‟lan 
edərək 1128-ci ildə Bağdadda zindana salmışlar. 1131-ci ildə isə yenidən 
Həmədana qaytarıb, dərs dediyi mədrəsənin qarşısında e‟dam etmişdilər. 
Əsas əsərləri «Həqiqətlərin məğzi», «Müqəddimələr» və «Qəribin 
şikayəti»dir. Onun fəlsəfi baxışları panteizmə yaxındır. Belə ki, Miyanəci 
allahı çoxsaylı atributlara malik olan substansiya hesab edirdi. O, varlığı 
zəruri və mümkün növlərə bölən peripatetizm ilə razılaşmırdı. Eynilə də 
1
Bax: Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı 1994, s.82, 83. 


73 
mövcudatın mərtəbələrinin ilk səbəb sayılan vacib varlıqdan yarandığını 
göstərən emanasiya prinsipini qəbul etmirdi. Onun tə‟liminə görə allah öz 
müxtəlifliyi ilə bütün digər varlıqların çıxış yeri və mənbəyidir. Miyanəci 
səbəb ilə nəticə arasında münasibətin zəruriliyini görmüşdü. Onun fikrincə 
şeylərin mövcudluğu və qeyri mövcudluğu onların Allah ilə 
münasibətindən asılıdır. Filosof cisimləri cansızlara və canlılara bölərək 
göstərirdi ki, ikincilər nəfsə (ruha) malikdir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin