Bu, insan haqqında antik dövrün təsəvvüründən ciddi surətdə fərqlənirdi. Antik insan özünü təbiətin deyil, əksinə təbiəti özünün ağası hesab edirdi . Intibah dövrü təfəkküründə isə vəziyyət tam dəyişilir.
Burada belə bir təsəvvür əsas yer tutur ki,
Allah insana azad iradə verir və onun özü öz taleyini müəyyən etməlidir . Insan sadəcə təbiət
mövcudatı deyil, həm də öz xarakterinin yaradıcısı kimi çıxış edir. Bununla
da o digər təbiət mövcudatlarından seçilir. Insan tədricən öz şəxsi həyatının
və taleyinin yaradıcısı olduğunu dərk etdikcə, o həm də təbiət üzərində
qeyri- məhdud miqyasda hökmranlıq edən qüvvəyə çevrilir.
Intibah
dövründə
insanın
fəaliyyətinə
münasibət,
onun
qiymətləndirilməsi də antik dövrdəkindən və orta əsrlərdən fərqli
olmuşdur. Belə ki, qədim yunanlar müşahidəni fəaliyyətdən üstün hesab
edirdilər (təkcə dövlətin fəaliyyəti istisna olunmaqla). Bu cür yanaşma
onunla izah edilirdi ki,
müşahidə (yunanca- nəzəriyyə) insanı əbədi ola- na, təbiətin əsas mahiyyətinə yaxınlaşdırır, fəaliyyət isə insanı keçici, cansıxıcı “rə'ylər dünyası”na qərq edir. Orta əsrlər dövründə fəaliyyətə
münasibət də xeyli dəyişilir: xristianlıq əməyə, insanın öz günahını yuması
kimi yanaşır. Artıq əmək o cümlədən də fiziki əmək, kölə işi hesab olun-
murdu. Lakin göstərilirdi ki, ruhu xilas etməyə yönələn formalar (allaha
itaət etmək müqəddəs kitabları oxumaq və.s) fəaliyyətin yüksək
formalarıdır. Bu formalar isə müşahidə və seyrdən demək olar ki, o qədər
də fərqlənmirdi.
Yalnız intibah dövründə insanın yaradıcı fəaliyyəti özünəməxsus sakral (müqəddəs) xarakter kəsb edir . Öz fəaliyyəti ilə
insan sadəcə olaraq gündəlik həyati təlabatlarını ödəməklə məhdudlaşmır.
O həm də yeni dünya yaradır, gözəllik bərqərar edir, dünyada mövcud
olanların ən yüksəyi olan insanın özünü formalaşdırır.