82
Intibah dövrü naturfilosofları
antik elmi, xüsusən də Aristotelin
fizikasını (sehrli
qüvvəni qəbul etmədiyinə, canlı və cansız mövcudatları
bir-birindən qəti surətdə ayırdığına görə) tənqid edirdilər. Onlar
neoplatonizmə daha yaxın idilər. Bu təlimdən dünya ruhu anlayışını əxz
etmişdilər. Bundan istifadə edərək dünyanın yaradılan olması ideyasını
aradan qaldırmağa cəhd göstərirdilər. Onlar
dünya ruhunu təbiətin özünə
daxilən xas olan həyati quvvə hesab edirdilər. Məhz onun sayəsində təbiət
müstəqillik əldə edir və daha ilahi başlanğıca ehtiyac hiss etmir.
Dostları ilə paylaş: