bir nümayəndəsi B.Spionza (1632-1677) idi . Onun görüşlərinə Dekartın güclü tə
'
siri olmuşdur. Lakin
Spinoza Dekartın dualizmini qəbul etməmişdir. Allah və ya təbiət
adlandırdığı vahid substansiya haqqında monist tə
'
lim yaratmışdır. Spinoza
ayrı- ayrı şeylərin substansionallığını qəbul etmirdi. Bu mə
'
nada o nomina-
lizm və empirizm ən
'
ənələrinə qarşı dururdu.
Onun tə ' limi panteizmə yaxın idi. O substansiyanı özü- özünün səbəbi (kaisa sui) kimi, yə
'
ni özü
vasitəsilə mövcud olan və özü tərəfindən dərk olunan kimi müəyyən
etmişdir. Substansiyanı allah və ya təbiət adlandıran Spinoza qeyd edirdi
ki, o teist dinlərdəki allah deyildir. Bu allah sonsuz və şəxssiz mahiyyətdir.
Onun başlıca keyfiyyəti bütün mövcudluqların başlanğıcı və səbəbi
olmasındadır. Spinozanın tə
'
liminin əsasını təşkil edən allah ilə təbiətin
qovuşdurulması təsəvvürü pantezmi ifadə edir.
Spinozanın fikrincə təfəkkür və məsafə, substansiyanın mahiyyət
atributlarıdır. Ayrıca şeylər isə (həm düşünən mövcudluqlar, həm də
məsafəyə malik olan predmetlər) substansiyanın növ dəyişmələri,
moduslarıdır. O göstərirdi ki, fiziki dünyadakı bütün hadisələr məsafə atri-
butunun moduslarıdır. Onlar təfəkkür sferasının bütün moduslarına xas
olan ardıcıllıqla inkişaf edirlər. Buna görə də ideyalar arasında qayda və
əlaqələr, şeylər arasındakı qayda və əlaqələrə uyğun gəlir. Onların hər iki-
sinin məğzi ilahi mahiyyətin nəticəsindən başqa bir şey deyildir.
Onun fikrincə dünyadakı bütün proseslər mütləq zərurət üzündən baş verir və insanın iradəsi, burada heç nəyi dəyişdirə bilməz .
Spinoza ümumiyyətlə iradə kimi qabiliyyətin olduğunu qəbul etmirdi. O
göstərirdi ki, ayrıca insan qəlbi müstəqil deyildir, o substansiya deyildir.
Insanın ruhu təfəkkürün modusudur, buna görə də iradə ilə zəka eyni
şeydir. Insan dünyadakı prosesləri dərk etməklə öz həyatını və arzularını
onlara uyğunlaşdıra bilir.
Spinozanın vahid substansiya ideyası alman filosofu