89
mexaniki səbəblərin köməyilə izah etmək qeyri- mümkündür. Çünki o
təsəvvür, qavrayış, yaxud da cəhdlər kimi çıxış edir.
Leybnisə görə monadların fəaliyyəti onların daxili
vəziyyətinin
fasiləsiz olaraq dəyişməsində ifadə olunur
. Bunu insan öz qəlbinin
həyatını seyr etməklə müşahidə edə bilər. Onun fikrincə monadlar hissələrə
malik olduqda qəlb, zəkaya malik olduqda isə ruh kimi çıxış edir. Qeyri-
üzvi təbiətdə isə onlar çox vaxt substansional formalar adlandırılır.
Beləliklə dünyadakı hər şeyin canlı və ruha malik olduğu
göstərilirdi. Leybnisin fikrincə hətta kiçik bir maddi hissəcikdə də canlı
mövcudatların- monadların bütöv bir aləmi mövcuddur.
Leybnisin monadanı insan qəlbi ilə eyniləşdirən tə
'
limi Dekartın
zəkalı qəlbi bölünməz başlanğıc hesab edən tə
'
liminə yaxındır.Lakin onlar
arasında fərq də mövcuddur. Belə ki, Dekart bölünməz hesab etdiyi ağılı
bütün qalan təbiətə qarşı qoyurdu. Leybnis isə əksinə olaraq göstərirdi ki,
bölünməz monadlar bütün təbiətin mahiyyətini təşkil edir.
Leybnisin işləyib hazırladığı
Dostları ilə paylaş: