təkcə Bekon deyil, həm də Dekart öz fəlsəfəsini məhz tənqiddən başlamışdı . Həm də Dekartda tənqid universal
şübhə forması kəsb edir. Bu şübhə köhnə mədəniyyət binasını dağıtmağa
və əvvəlki şüur tipini ləğv etməyə yönəlir. O göstərirdi ki, bunu yeni, ra-
sional mədəniyyət binası yaratmaq üçün edir. Antitradisionalizm Dekart
fəlsəfəsinin əsası idi. Dekart yeni mədəniyyətin əsas prinsipini əyanilikdə,
yəqinlikdə görürdü.
Əyanilik prinsipi Dekartın antitradisionalizmi ilə sıx əlaqəlidir . Onun fikrincə biz ona görə həqiqi bilik əldə etməliyik ki,
praktiki həyatımızın təşkilində onu əldə rəhbər tutaq. Dekarta görə köhnə
elm plansız surətdə salınmış şəhərə bənzəyir. Yeni elm vahid plan üzrə və
vahid metod üzrə inkişaf etməlidir.
Əlbəttə, Dekart ən‟ənələri tənqid edərkən sıfırdan başlamağı irəli
sürmürdü.
O ən‟ənənin müəyyən tərəfini atıb, başqa bir tərəfinə arxalanmağa çağırırdı . Dekartın əvvəlki fəlsəfə ilə əlaqəsi onun
dünyagörüşünün çıxış nöqtəsində aşkara çıxır. O belə bir əqidədə idi ki,
yeni təfəkkür metodunun yaradılması
möhkəm və sarsılmaz əsas tələb edir . Belə əsas isə zəkanın özündə, daha dəqiq deyilsə, onun mənbəyi olan
mənlik şüurunda axtarılmalıdır . Dekart «Fikirləşirəm, deməli mövcu-
dam» fikrini bütün mühakimələrdən daha e‟tibarlı və səhih hesab edirdi.
Fransız mütəfəkkiri göstərirdi ki,
mənlik şüuru elə bir nöqtədir ki, ona əsaslanmaq və ondan çıxış etməklə bütün digər bilikləri inkişaf etdirmək olar . «Mən fikirləşirəm» elə bir mö‟təbər aksiomdur ki, bütün
elm binası onun üzərində yüksəldilə bilər.
XVII əsr rasionalistləri (Dekart, Spinoza, Leybnis) riyaziyyatı əsl
ciddi və dəqiq elm nümunəsi hesab edirdilər. Onların fikrincə fəlsəfə də əsl
elm olmaq istəyirsə (onlar fəlsəfənin mö‟təbər elm kimi qəbul edirdilər)
riyaziyyatdan nümunə kimi istifadə etməlidir. Dekartın özü görkəmli
riyaziyyatçı,