Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


tədqiqatın elmi metodlarını kökündən



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə102/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

tədqiqatın elmi metodlarını kökündən 
dəyişdirmək 
lazımdır. Odur ki, antik dövrdə və orta əsrlərdə geniş yer 
tutan deduktiv 
metod 
(fikrin ümumi müddəalardan xüsusiyə doğru hərəkəti) özünü 
doğrultmur. Bu metod təbiətin dərk olunmasında az səmərə verir. Buna 
görə də 
elm induktiv metoda 
(ayrı- ayrı faktlardan çıxış edərək ümumi 
nəticələr əldə etmək) 
əsaslanmalıdır

Induktiv metodun ən sadə halını tam induksiya təşkil edir. Bu zaman 
müəyyən sinfin bütün predmetlərinə məxsus olan xassələr ayrı-ayrılıqda 
aşkar edilir. Onlara əsasən həmin xassələrin sinfin bütün predmetlərinə aid 
olduğu haqqında ümumi nəticə çıxarılır. Lakin elmdə tam induksiya o 
qədər də çox rol oynamır. 
Əsas yeri natamam induksiya, yə‟ni müəyyən 
sayda faktların 
müşahidə edilməsi əsasında onların daxil olduğu bütün 
sinif haqqında ümumi nəticə çıxarılması metodu tutur. Bu metodu irəli 
sürərkən Bekon göstərirdi ki, təkcə müəyyən bir nəticəni təsdiq edən 
faktları deyil, həm də inkar edən faktları tapmaq zəruridir. 
Yeni dövr fəlsəfəsində 
rasionalizm cərəyanı da geniş yayılmışdı. 
Onun banisi R.Dekart (1596- 1650) olmuşdur
. Bu dövrdə elmdə ekspe-
rimentin nəzəri əsasını təşkil edən ideal obyektlərin quraşdırılması proble-
mi mərkəzi yer tuturdu. Rasionalizm cərəyanı nümayəndələrinin, birinci 
növbədə isə Dekartın apardığı tədqiqatlar həmin problemə yönəlmişdi. De-
kart yeni təbiətşünaslığı əsaslandırmağa cəhd göstərirdi. O, insan idrakının 
təbiəti haqqında məsələ qaldırmışdır. Bekondan fərqli 
olaraq Dekart, 
idrakda rasional əsasın əhəmiyyətini xüsusi qeyd edirdi
. Onun fikrincə, 
insan yalnız zəkanın köməyi ilə səhih və zəruri bilik əldə edə bilir. 
Yuxarıda deyildiyi kimi yeni dövrün fəlsəfəsində idrak problemləri diqqət 
mərkəzində dururdu. Mütəfəkkirlərin əksəriyyəti göstərirdi ki, insan zəkası 
varlığı dərk etmək iqtidarındadır. Elm, deməli həm də fəlsəfə (o elmi 
olduğu dərəcədə) dünyanın real quruluşunu, təbiətin qanunauyğunluqlarını 
aşkar edə bilər. Doğrudur, onlar qeyd edirdilər ki, həqiqi, obyektiv bilik 
əldə etmək o qədər də asan deyildir. Insan yanlışlıqlara mə‟ruz qalır, bunun 
mənbəyi isə dərk edən subyektin xüsusiyyətlərindədir. Buna görə də sub-
yektiv maneələri (Bekon onları «kabus» adlandırırdı) aradan qaldırmadan 
həqiqi bilik əldə etmək qeyri- mümkündür. 
XVII əsrdə özünü göstərən təbiətə teleoloji baxış (dünyada hər şeyin 
müəyyən məqsəd üçün yaradıldığının iddia edilməsi) də yeni 
təbiətşünaslığın yaranması yolunda maneə idi. Buna görə də həmin dövrün 


86 
qabaqcıl mütəfəkkirləri bu baxışı kəskin tənqid edirdilər. Onlar 
göstərirdilər ki, elm təbiət hadisələrinin səbəbiyyət əlaqələrini açmalıdır. 
Beləliklə XVII əsrdə fəlsəfənin tənqidi funksiyası yenidən ön plana 
keçmişdi. Təsadüfi deyildi ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin